Lahiyələr

"YERLİ TEXNOLOJİ STARTAPLARIN İNKİŞAFINA DƏSTƏK" LAYİHƏSİ
"YERLİ TEXNOLOJİ STARTAPLARIN İNKİŞAFINA DƏSTƏK" LAYİHƏSİ

EKVİTA-nın Almaniyanın STEINBEIS GMBH & CO.KG şirkəti ilə birgə icra “Yerli Texnoloji Startapların İnkişafına Dəstək" layihəsinin cari ilin sonuna qədər bitməsi gözlənilir. Layihənin təşəbbüsü ilə universitetlər və digər mərkəzlərdə startapların inkişafı məqsədilə startap mərkəzlərinin ( ''startup hubs" ) yaradılması planlaşdırılır. 2021-ci ilin birinci rübündə Asiya İnkişaf Bankı tərəfindən təşəbbüs edilən Yerli Texnoloji Startapların İnkişafına Yardım Layihəsi Azərbaycanın bölgələrində startapların inkişafına dəstək vermək məqsədi ilə ekosistemin inkişafına, həmçinin yerli institusional potensialın gücləndirilməsinə dəstək olacaqdır. Layihə çərçivəsində Gəncə şəhəri və Şamaxı rayonunda texnoloji startapların və innovativ sahibkarlıq ekosistemlərinə texniki dəstək nəzərdə tutulur. Belə ki, Gəncə və Şamaxıda texnoloji startapların böyüməsi üçün imkanları müəyyənləşdirmək, diaqnostik tədqiqatlar aparmaq və məlumat mübadiləsi etmək üçün əməkdaşlıq fəaliyyətləri həyata keçirilir. Layihənin icraçı təşkilatları qismində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Xidməti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında İnnovasiyalar Mərkəzi (İnnovasiyalar Mərkəzinə aid “INNOLAND” vasitəsi ilə), Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti cəlb edilmişlər. Qeyd edəki ki, EKVİTA - hüquq, vergi və idarəetmə üzrə tam konsaltinq xidmətlərini göstərən 80 nəfər peşəkarlar heyətli bir şirkətdir. Şirkətin müştəriləri arasında Dünya miqyasında fəaliyyət göstərən Fortune 500 siyahısına daxil olan bir neçə fəal şirkət mövcuddur. EKVİTA hökumət layihələrində iştirak etməklə paralel, həm də beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edir. Şirkətin fərqi - ümumi biznes konsaltinqi ilə özündə hüquqi, maliyyə və vergi sektorları üzrə kifayət qədər güclü təcrübəni birləşdirən peşəkar xidmətlərin kompleks şəklində göstərilməsidir. EKVİTA -nın bazardakı lider mövqeyi beynəlxalq reytinq təşkilatları və digər müvafiq beynəlxalq standartlar tərəfindən tanınmışdır.  

İNNOVASİYALAR AGENTLİYİ, EKVİTA, “AGRİBİOEKOTEX MMC”, “TRENDTECH MMC” VƏ “FRUCTUS MMC” ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA RAZILAŞMA
İNNOVASİYALAR AGENTLİYİ, EKVİTA, “AGRİBİOEKOTEX MMC”, “TRENDTECH MMC” VƏ “FRUCTUS MMC” ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA RAZILAŞMA

 13 fevral 2020-ci il tarixində AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ və YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN TABELİYİNDƏ İNNOVASİYALAR AGENTLİYİ, EKVİTA, “AGRİBİOEKOTEX MMC”, “TRENDTECH MMC” və “FRUCTUS MMC” arasında əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Məqsəd ölkə iqtisadiyyatına birbaşa təsir edən kənd təsərrüfatı sənayesinə töhvə verilməsi, ekoloji cəhətdən təmiz, bioloji pestisidlər, minerallar və digər gübrələri test sahələrində tətbiq etmək üçün birgə tədbirlərin həyata keçirilməsidir. Bu əməkdaşlıqda İnnovasiyalar Agentliyi mərkəz olaraq fəaliyyət göstərəcək, EKVİTA həm konsaltinq, həm də təlim xidmətləri göstərəcək, "AgriBioEkoTex" və "Trendtech" öz zəngin üzvi mineral məhsullarını torpaqları zənginləşdirmək üçün təmin edəcəkdir. "Fructus" test sahələri ilə təmin edəcək. EKVİTA - hüquq, vergi və idarəetmə üzrə tam konsaltinq xidmətlərini göstərən 40 nəfər peşəkarlar heyətli bir şirkətdir. Şirkətin müştəriləri arasında Dünya miqyasında fəaliyyət göstərən Fortune 500 siyahısına daxil olan bir neçə fəal şirkət mövcuddur. EKVİTA şirkəti həmçinin, hökumət layihələrində iştirak etmiş və Dünya Bankı kimi beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edir. Şirkətin fərqi - ümumi biznes konsaltinqi ilə özündə hüquqi, maliyyə və vergilər sektorları üzrə kifayət qədər güclü təcrübəni birləşdirən peşəkar xidmətlərin kompleks şəklində göstərilməsidir. EKVİTA -nın bazardakı lider mövqeyi beynəlxalq reytinq təşkilatları və digər müvafiq beynəlxalq standartlar tərəfindən tanınmışdır.