Hüquqi Konsaltinq
Əmək və Miqrasiya Qanunvericiliyi
Bir neçə ildir ki, EKVİTA aparıcı reytinq qurumları tərəfindən əmək və miqrasiya təcrübəsində liderlərdən biri kimi tanınır. Aşağıda bu sahədəki təcrübəmizdən nümunələr verilmişdir:
- Bir neçə beynəlxalq işəgötürmə və işçi qüvvəsi agentliklərinə xaricdən işçi qüvvəsinin cəlb edilməsinin çətinlikləri, icazə və lisenziyaların alınması tələbləri, sənədlərin rəsmiləşdirilməsi və s. barəsində məsləhətlər vermişdir.
- Xərclərə qənaət edilməsinə nail olmaq və tənzimləyici tələblərə əməl edilməsini təmin etmək üçün Birləşmiş Krallığın əsas kimyəvi xidmət təminatçılarına məşğulluq təcrübələrinin yenidən qurulması (130-dan çox işçi üçün) üzrə məsləhətlər vermişdir.
- Azərbaycandakı yerli işçilər üçün korporativ səhmlərin geri alınması sxeminin ilk tətbiqində ABŞ-ın böyük şirkətinə məsləhətlər vermişdir.
- Azərbaycanda fəaliyyət göstərən dünyanın aparıcı istehsalçı şirkətinə məşğulluq təcrübəsi ilə əlaqədar məsləhətlər vermişdir.
- Azərbaycanın ən böyük işəgötürənlərindən biri kimi çıxış edən beynəlxalq enerji şirkəti üçün hazırlanmış əmək və miqrasiya siyasəti və sistemlərini inkişaf etdirmişdir.
- Bir sıra xarici şirkətlərə miqrasiya qanunlarına dair məsləhətlər vermiş və Azərbaycanda işləyən xarici iş adamları üçün 2000-dən çox iş və yaşayış icazəsi alınmasında məsləhətlər vermişdir.
- Amerika Ticarət Palatası və digər təşəbbüslər vasitəsi ilə Azərbaycanın hazırki əmək və miqrasiya qanunlarına silsilə qanunvericilik təkmilləşdirmələrini təklif etmişdir.