Hüquqi Konsaltinq
TAM HÜQUQİ DƏSTƏK
EKVİTA-nın göstərdiyi tam hüquqi dəstəyə (outsorsinq) misal olaraq aşağıdakıları göstərmək mümkündür:
- 150 milyon ABŞ dollar məbləğində dövlət telekommunikasiya layihəsində - Bakı şəhərində İntellektual Nəqliyyat Sisteminin quraşdırılmasında Koreyanın ən böyük İT korporasiyasını təmsil etmişdir. EKVİTA tərəfindən layihənin bütün hüquq, vergi və maliyyə məsələləri sahəsində xidmətlər göstərilmişdir. EKVİTA layihənin başlanğıcından sonunadək müştərini müşayiət etmişdir və əlaqədar dövlət orqanları ilə bütün danışıqlarda iştirak etmişdir.
- Hasilatın Pay Bölgüsü haqqında Saziş üzrə Xəzər dənizində dəniz əməliyyatları ilə məşğul olan, üç gəminin idarəetməsini həyata keçirən, ABŞ-ın əsas dəniz əməliyyatları şirkətinin yerli məsləhətçisi kimi fəaliyyət göstərmişdir. EKVİTA-nın fəaliyyəti bir neçə illər ərzində tam hüquqi və daha sonra vergi və maliyyə dəstəyini əhatə etmişdir.
- Azərbaycanda neft və qaz sənayesində fəaliyyət göstərən, Norveçin ikinci ən böyük şirkəti üçün yerli hüquqi, vergi və maliyyə funksiyası kimi çıxış edir. EKVİTA-nın fəaliyyəti tam hüquqi, vergi və maliyyə dəstəyini əhatə edir.
- Azərbaycanın ən böyük dağ-xizək kompleksi layihəsini 5 ildən çox tam kənar hüquqi dəstəklə təmin etmişdir.
- Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası və Azərbaycan dövlətinin təşəbbüsü ilə yaradılmış Xəzər Beynəlxalq İnvestisiya Şirkətinə tam kənar hüquqi dəstək göstərmişdir.