NEFT VƏ QAZ

Biz yerli bazarda neft və qaz layihələri üzrə ən yaxşı təcrübələrdən birinə sahibik və Azərbaycanın enerji qanunverciliyinin və tənzimləmələrinin xüsusiyyətləri ilə bağlı unikal bilik bazası yaratmışıq. İlk beynəlxalq neft və qaz konfransına sponsorluq edilməsi və təşkil edilməsi kimi neft və qaz təşəbbüsləri ilə bağlı ictimai və əməkdaşlıq tədbirlərində fəal iştirak edərək, ad hoc seminarları, yay məktəblərini və s. həyata keçiririk. Gördüyümüz bəzi əsas işlərə aşağıdakılar daxildir:

  • İnsan Resursları və Miqrasiya siyasətinin inkişaf etdirilməsi, məhkəmə çəkişmələri, korporativ yenidənqurma, tikinti sahəsində əsas müqavilə danışıqlarının aparılması, dəniz əməliyyatları və quyu xidmətləri üzrə 2008-ci ildən bəri BP-nin təmsil edilməsi; uzun müddət yerində dəstək göstərilməsi.
  • Equinor üçün tam kənar (outsorsinq) hüquq funskiyasının həyata keçirilməsi, o cümlədən Azərbaycanda və Qazaxıstanda korporativ məsələlərdə, məhkəmə çəkişmələrində, əmək və miqrasiya məsələlərində dəstək göstərilməsi.
  • Petronas - Malayziyanın ən böyük enerji şirkətinə tam kənar (outsorsinq) hüquq funskiyasının yerinə yetirilməsi.
  • Azərbaycanda ən böyük xarici neft şirkətinə xarici yurisdiksiyada 800 milyon ABŞ dollarlıq məhkəmə çəkişməsi ilə bağlı məsləhət xidmətinin göstərilməsi.