Compliance

EKVİTA MDB məkanında İSO 37001 sertifikatını əldə etmiş İLK konsaltinq şirkətidir. EKVİTA, həmçinin beynəlxalq sertifikasiya təşkilatının akkreditə olunmuş audit partnyorudur və ölçüsündən asılı olmayaraq bütün təşkilatların İSO 37001 sertifikasiya prosesinə hazırlanması üçün yardım edir.   

 

Biz, Azərbaycan Beynəlxalq Bankını 3.3 milyard ABŞ dolları məbləğində borcun restruktruzasiyası işi üzrə ABŞ və Böyük Britaniya məhkəmələrində, AİG şirkətini isə korporativ (birləşmə) sövdələşmələrdə və tənzimləmə üzrə komplayens məsələlərində təmsil etmişik. Qeyd olunan müxtəlif praktikalar EKVİTA-nın özünün güclü daxili komplayens sistemini yaratmaqla birgə, müştərilərə də öz daxili komplayens sistemlərini formalaşdırmağa yardımçı olmuşdur.  

Bu gün, biz Azərbaycanda, əsasən neft və qaz sektorunda fəaliyyət göstərən bir sıra beynəlxalq şirkətlər üçün xarici (kənar) komplayens funksiyası olaraq fəaliyyət göstəririk. EKVİTA təşkilatlara effektiv daxili nəzarəti inkişaf etdirməkdə kömək edir, onların işçilərinə müvafiq təlimlər keçir, onlar üçün lazımi siyasət və prosedurları hazırlayır, onların təchizatçılarını və digər biznes tərəfdaşlarını lazımi qaydada araşdırır və müştəri ilə əlaqədar yoxlamalarda iştirak edir və digər analoji xidmətlər göstərir.