Mübahisələrin həlli

Mübahisələrin həlli sahəsində olan təcrübəmiz yalnız daxili məhkəmə təcrübəsini  deyil, eyni zamanda Birləşmiş Krallıq və ABŞ məhkəmələrində beynəlxalq arbitraj və bir sıra mühüm işləri, həmçinin Azərbaycanda tanınma və icra işlərini də özündə ehtiva edir. Əsas işlərə aiddir:

  • Amerika şirkətini Azərbaycanda 2.5 milyon ABŞ dollarlıq məhkəmə çəkişməsində uğurla təmsil etmişdir.
  • Xarici (Kayman) yurisdiksiyada 0.8 milyon ABŞ dollarlıq məhkəmə çəkişməsi üzrə böyük bir neft şirkətinə məsləhətlər vermişdir.
  • Azərbaycanın ən böyük kommersiya bankı üçün Nyu-York məhkəməsində hüquq eksperti və Birləşmiş Krallıqda xarici hüquq eksperti kimi iştirak etmişdir.
  • Azərbaycanda xarici (Belçika) məhkəmə qərarının tanınmasında tanınmış fransız sahibkarını təmsil etmişdir.
  • Birləşmiş Krallıq şirkətini Azərbaycanda əmək qanunvericiliyi ilə bağlı böyük mübahisəli məhkəmə çəkişməsində uğurla təmsil etmişdir.
  • Borc və daşınmaz əmlakla bağlı mübahisədə xarici investisiyalı şirkəti təmsil etmişdir (mübahisəli məbləğ təxminən 130 milyon AZN olmuşdur).
  • Azərbaycanda fəaliyyət göstərən bir neçə xarici investorları Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsində uğurla təmsil etmişdir.
  • Beynəlxalq arbitrajda (London Beynəlxalq Arbitraj Məhkəməsi) Azərbaycan hüququ üzrə eksperti kimi çıxış etmişdir.
  • Ukrayna və Rusiyada yerləşən ən böyük qənnadı istehsalçılarından birini mürəkkəb əqli mülkiyyət mübahisələrində təmsil edir (20-dən çox əmtəə nişanı mübahisə predmetidir).