İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları
Müddət: 4 saat;
Qiymət: Korporativ - 120 AZN (+18% ƏDV);
Fərdi – 100 AZN (ƏDV daxil).
Auditoriya: Qeyri-rezidentlərlə müxtəlif əməliyyatlatlar həyata keçirən şəxslər, mühasiblər, vergi menecerləri və ya vergi məsələlərinə cavabdeh şəxslər.
Təlimin sonunda sertifikat.
Syllabus:
- İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı beynəlxalq müqavilələr və onların vergi qanunvericiliyi sistemində yeri;
- Rezidentlik sertifikatının verilməsi;
- Razılığa gələn digər dövlətdə ödənilmiş və Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmalı olan vergi məbləğinin təsdiq edilməsi;
- Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin qeyri-rezidentə münasibətdə tətbiq edilməsi;
- Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi;
- Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin qeyri-rezidentə geri qaytarılması;
- Beynəlxalq müqavilənin tətbiqi ilə bağlı müraciətlərin vergi orqanlarına təqdim edilməsi və onlar tərəfindən baxılmasının ümumi qaydaları;
- DTA formalarının doldurulması qaydaları