Bacarıqların inkişafı

Son illərdə EKVİTA müxtəlif dövlət və özəl sektor qurumlarının cəlb olunduğu çoxsaylı bacarıqların inkişafı komponentlərini ehtiva edən bir sıra layihələr həyata keçirmişdir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT Şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində əsas fəaliyyətimiz ÜTT-yə üzvlük istiqamətindəki danışıqlara hazırlıq üzrə İqtisadiyyat Nazirliyinin və digər aidiyyatı qurumların bacarıqlarının və potensialının artırılması ilə yanaşı, İqtisadiyyat Nazirliyi nəzdində Ticarət Vasitəçiləri Birliyinin tam gücü ilə fəaliyyət göstərməsinə şərait yaratmaq olmuşdur.

Xüsusi İqtisadi Zonaların inkişafına dəstək layihəsi çərçivəsində İqtisadiyyat Nazirliyinə sənaye şəhərlərinin / biznes inkubatorlarının və onların rezidentlərinin, yəni “start-up”ların  və KOS subyektlərinin müffəqiyyətini ölçmək üçün siyasət və alətlərin işlənib hazırlanması, klasterləşmə potensialına malik iqtisadi sektorların müəyyənləşdirilməsi üçün prosedurların hazırlanması, seçilmiş sənaye şəhərləri / biznes inkubatorları üçün texniki-iqtisadi əsaslandırma və xərc-mənfəət təhlillərinin aparılması istiqamətində dəstək olmuşuq.