Hüquqi Konsaltinq
Müqavilələr
Biz müştəri maraqlarını mümkün olan ən yaxşı şəkildə müdafiə etmək məqsədilə müqavilənin hazırlanması və danışıqların aparılması prosesinə hüquq elmi kimi yanaşırıq. Müqavilənin hazırlanması və danışıqlar aparılması üzrə bəzi təcrübələrimiz öz təbiətinə görə unikaldır. Həmin işlərə aşağıdakılar daxildir:
- Azərbaycanın Naxçıvan bölgəsindəki quruda yerləşən mədən sahəsinə dair Hasilatın Pay Bölgüsü Sazişinin hazırlanması və danışıqların aparılmasında xarici investoru təmsil etmişdir.
- Xəzər dənizində çoxməqsədli hasilatın pay bölgüsü (hazırda bölgədə bu tipli yeganə sazişdir) əməliyyatları üçün dəniz qurğusunun bölüşdürülməsi üzrə unikal sazişi hazırlamış və danışıqlar aparmışdır.
- BP Azərbaycan şirkətinə çoxməqsədli dəniz platformasının qazılması müqaviləsi barədə məsləhətlər vermişdir.
- Ən böyük xarici şirkətlərdən birinə 400 milyon ABŞ dollarlıq əməliyyat müqaviləsi üçün qiymətli kağızların müxtəlif fəaliyyət növləri üzrə məsləhətlər vermişdir.
- İctimai istifadə məqsədi üçün üç gəminin tikintisi və alınması üzrə Azərbaycan hökumətinə məsləhətlər vermişdir.
- AB standartlarına uyğun olaraq Bərk Tullantıların İdarə Edilməsi ilə bağlı Azərbaycan hökuməti üçün yeni qanunvericilik layihəsini hazırlamışdır.
- Qida Təhlükəsizliyinə Nəzarət edilməsi üzrə - AB-nin Azərbaycan hökuməti üçün olan layihəsi ilə bağlı nümunəvi qanun və düzəlişləri hazırlamış, hüquqi və institusional tövsiyələr vermişdir.