KOS subyektləri və kənd yerlərinin inkişafı

KOS subyektləri və kənd yerlərinin inkişafı sahəsində əhəmiyyətli təcrübəyə malik olan EKVİTA, 2015-ci ildən başlayaraq, müxtəlif donorlar tərəfindən maliyyələşdirən proqramlar vasitəsilə kəndlərdə fəaliyyət göstərən sahibkarların bacarıqlarının inkişaf etdirilməsi üzərində işləyir.

Layihələrimiz arasında EKVİTA tərəfindən hazırda həyata keçirilən regionlarda əhalinin həyat səviyyəsinin yüksəldilməsi, həssas qrupların sahibkarlıq fəaliyyətinə cəlb olunması və daha sıx inteqrasiya olunmuş dövlət və özəl sektor dialoqunun qurulmasını təşviq etmək məqsədi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycanın bir neçə bölgəsini əhatə edən 2 illik sahibkarlıq proqramını göstərmək olar.

Bundan əlavə, EKVİTA, BP və partnyorları tərəfindən maliyyələşdirilən Sahibkarlığın İnkişaf Proqramının (SİP) yeganə icraçı tərəfdaşıdır. Proqram yerli KOS subyektlərinin beynəlxalq standartlara uyğun inkişafı üçün unikal platforma təklif edir, onlara yeni bazarlara çıxma və daha yüksək böyümə hədəflərinə çatmaq üçün mütərəqqi beynəlxalq təcrübələrin tətbiqində köməklik edir. 2016-cı ildən bəri neft və qaz, qurğu və avadanlıqlara texniki xidmət, İKT xidmətləri, tədbirlərin təşkili, təlimlərin təşkili, kənd təsərrüfatı, ailə biznes təsərrüfatı, isitmə, soyutma və havalandırma sistemləri, yükdaşımaların təşkili, tullantıların idarə olunması və mebel istehsalı kimi sahələrdə 170-dən yuxarı KOS subyektinə dəstək olmaq məqsədilə 73% yerli mütəxəssislə birgə 20-dən çox layihə həyata keçirilmişdir.

EKVİTA SİP çərçivəsində ABAD təşəbbüsü ilə ailə təsərrüfatlarına dəstək olmuş, ucqar ərazilərdəki fermerlərə keyfiyyətin idarə olunması standartlarının təkmilləşdirilməsi, habelə ailə təsərrüfatlarının ixtisaslaşdığı sahələrə uyğun maliyyə savadlılığının artırılması  məqsədilə xüsusi təlimlərin keçirilməsini təmin etmişdir.