Vergi Qanunvericiliyi - 1

Müddət: 4 ay;

Qiymət: Korporativ – 1.200 AZN (+18% ƏDV);

Fərdi – 1.000 AZN (ƏDV daxil).

Auditoriya: Vergi qanunvericiliyini öyrənmək istəyən sahibkarlar, mühasiblər, vergi menecerləri və ya vergi məsələlərinə cavabdeh  şəxslər, vergi orqanlarına qəbul imtahanında iştirak etmək istəyən şəxslər.

Kursun sonunda imtahan və sertifikat.

Syllabus:

Ümumi hissə:

  • AR vergi qanunvericiliyi və vergi sistemi;
  • Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları;
  • Vergilərin müəyyən edilməsinin əsas şərtləri - vergi elementləri;
  • ARVM-də istifadə edilən əsas anlayışlar;
  • Bazar qiyməti, transfer qiyməti;
  • Vergi münasibətlərinin iştirakçıları, onların hüquq və vəzifələri;
  • Vergi nəzarəti:

               - Vergi ödəyiciləriin uçotu;

               - Vergi yoxlamaları;

               - Operativ vergi nəzarəti.

  • Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları:

               - Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları;

               - Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları;

  • Vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi;
  • Vergi öhdəliyinin yerinə yetirilməsinin ümumi əsasları:

              - Vergi hesabatının tərtib edilməsi və verilməsinin ümumi əsasları;

              - Vergilər üzrə borcların alınması;

  • Artıq ödənilmiş vəsaitlərin qaytarılması;

 Xüsusi hissə:

  • Fiziki şəxslərin gəlir vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
  • Hüquqi şəxslərin mənfəət vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
  • Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid ümumi qaydalar (praktiki məşğələ);
  • Əlavə dəyər vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
  • Aksizlər (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
  • Əmlak vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
  • Torpaq vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
  • Yol vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
  • Mədən vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
  • Sadələşdirilmiş vergi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);