RƏİS (Rüşvət əleyhinə idarəetmə sistemi) qurulması üzrə Ekvita-dan dəstək

RƏİS üzrə sertifikatlaşma məqsədilə məsləhət işi aşağıdakı mərhələləri əhatə edir:

 

1. İlkin audit

Konsaltinq tədbirlərindən əvvəl nəzərə alınmalı olan əsas məsələlərin müəyyənləşdirilməsi və, RƏİS-in tələblərinə uyğun olaraq, müəssisənin qiymətləndirilməsinə yönələn ətraflı sorğu vərəqəsinin hazırlanmasını.

 

2. Dəyərləndirmə

Müəssisədəki rüşvət əleyhinə idarəetmənin mövcud vəziyyətinin müəyyən edilməsi.

 

3. Düzəldici tədbirlər

ISO 37001 standartına uyğunsuzluqlara qarşı düzəldici tədbirlərin müəyyənləşdirilməsi və lazımi hallarda onların tətbiq edilməsində müştəri ilə birgə fəaliyyət.

 

4. Yekun audit

Sonda Ekvita müəssisədəki Rüşvət Əleyhinə İdarəetmə Sisteminin mövcud vəziyyətini yoxlayır.
Yekun audit hesabatı aşkar edilmiş nəticələr, onları həll etmək üçün görülən düzəldici tədbirlər, habelə sonrakı audit nəticələri də daxil olmaqla, ilkin audit hesabatının xülasəsini də əks etdirir.

 

Hesabatda Ekvita-nın davamlı inkişaf üçün tövsiyələri də yer alır.