AZƏRBAYCANDA XÜSUSİ İQTİSADİ ZONALARIN İNKİŞAFINA DƏSTƏK PROQRAMI
AZƏRBAYCANDA XÜSUSİ İQTİSADİ ZONALARIN İNKİŞAFINA DƏSTƏK PROQRAMI
.jpg)
Layihə Avropa Birliyinin “Bölgələrin inkişafına dəstək” Qrantı çərçivəsində həyata keçirilir.
Layihənin əsas meyarı potensial sahibkarlar üçün biznes mühitini inkişaf etdirmək və iqtisadi zonaların imkanlarını artırmaqdır.
Proyektin məqsədi İqtisadiyyat Nazirliyinə xüsusi iqtisadi zonalarla (sənaye şəhərləri və biznes inkubatorları) bağlı siyasi, hüquqi və tənzimləyici mühitin hazırlanmasında kömək etməkdir.
Layihə, sənaye şəhərlərinin / biznes inkubatorlarının və onların sakinlərinin müvəffəqiyyətini ölçmək üçün siyasət və vasitələrin (KPI-Əsas Performans Göstəriciləri) inkişaf etdirilməsi, yəni start-up və Mikro, Kiçik və Orta biznes subyektlərinin klasterləşdirmə potensialına sahib olan iqtisadi sahələrin müəyyənləşdirilməsi üçün prosedurların hazırlanması, seçilmiş sənaye şəhərləri / biznes inkubatorları üçün texniki-iqtisadi əsaslandırma və xərc-mənfəət təhlilinin aparılmasına, habelə sənaye müəssisələrinin müxtəlif iqtisadi bölgələrdə paylanmasına dair təlimat vermək; İqtisadiyyat Nazirliyi üçün potensial və məlumatlılıq səviyyəsini artırmaq məqsədi daşıyır.