Hüquqi islahatlar

EKVİTA ölkəmizin bərpa olunan enerji (BOE) sahəsində hüquqi və tənzimləyici bazasının uyğunlaşdırılması üzrə önəmli layihəyə imza atmışdır. Layihənin məqsədi BOE layihələrinin inkişafının təmin edilməsi üçün mövcud qanunvericilik bazasını lazımi səviyyəyə çatdırmaqla özəl sektoru təmsil edən müəssisələr başda olmaqla BOE investisiyalarındakı maneələri aradan qaldıracaq rəhbər mexanizmlərin hazırlanması olmuşdur.

Bununla yanaşı, EKVİTA Azərbaycanda bərk məişət tullantıların idarə olunması üçün hüquqi əsasların hazırlanmasında iştirak etmişdir. Başlıca məqsəd tullantıların idarə olunması sahəsində mövcud qanunvericilik bazasında dəyişikliklər, xüsusən maraqlı tərəflər üçün icazə və tənzimləyici tələbləri işləyib hazırlamaq olmuşdur.