Hüquqi Konsaltinq
İnfrastruktur, Tikinti və Daşınmaz əmlak
İnfrastruktur və tikinti sahəsində olan layihələrdə əsas tapşırıqlarımızdan bəzilərinə aşağıdakılar daxildir:
- Xüsusi tikinti layihəsi - Bakı Konvensiya Mərkəzi ilə məşğul olan Alman tikinti mühəndisliyi və nəzarət şirkətinə məsləhətlər vermişdir.
- Avroviziya 2012 mahnı müsabiqəsi üçün Kristal Zalının inşası ilə əlaqədar olaraq əsas tikinti şirkətinə hüquq, vergi planlaşdırması və korporativ strukturlaşdırma üzrə məsləhətlər vermişdir.
- İntellektual Nəqliyyat Sistemi layihəsi ilə əlaqədar, o cümlədən Bakı şəhərindəki baş ofisin tikintisi ilə bağlı olaraq bir sıra tikinti və quraşdırma müqavilələrinin danışıqlarında aparıcı məsləhətçi kimi iştirak etmişdir.
- TechnipFMC-ni SOCAR polimer zavodu layihəsinin modernləşdirilməsində və yenidən qurulmasında təmsil etmişdir.
- Korporativ aktivlərin idarə edilməsi üzrə siyasətin təkmilləşdirilməsində Azərbaycan Dövlət Dəmir Yolları Müəssisəsinə köməklik göstərmişdir.
- Azərbaycanda mürəkkəb daşınmaz əmlak mübahisəsində İngiltərə şirkətini təmsil etmişdir (mübahisəli olan məbləğ 2 milyon ABŞ dollarından çox olmuşdur).
- Mürəkkəb müqavilə və daşınmaz əmlak mübahisəsində Amerika şirkətini təmsil etmişdir (mübahisəli olan məbləğ 20 milyon ABŞ dollarından çox olmuşdur).
- 107 milyon ABŞ dolları dəyərində tikinti layihəsi üzrə Koreya inşaat şirkətinə tam hüquqi dəstək vermişdir.
- Qusar rayonunda yerləşən 2058 ha ərazinin əldə edilməsi məqsədilə Azərbaycanın böyük turizm menecmenti agentliyini dövlət orqanları ilə olan münasibətlərdə təmsil etmişdir.