Hüquqi Konsaltinq
Bankçılıq və Maliyyə
Bank və maliyyə sahəsində daha çox tanınan nümunəvi işlərimizin bəziləri aşağıda qeyd edilmişdir. Adi bankçılıqda güclü iştirakımızdan əlavə, EKVİTA İslam bankçılığı məhsulları üzrə də liderdir.
- Azərbaycanın ən böyük kommersiya bankı olan ABB-ni 3,3 milyard ABŞ dollarlıq borcun restrukturizasiyası işi üzrə Nyu-York məhkəməsində təmsil edən hüquq eksperti kimi çıxış etmişdir.
- 30 milyon ABŞ dollarından çox ipotekanın qeydiyyata alınmasında Nyu-York əsaslı bir bankın hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir.
- Azərbaycanın ən böyük bankına 9,5 milyon ABŞ dollar məbləğində olan beynəlxalq maliyyələşdirmə müqaviləsi üzrə məsləhətlər vermişdir.
- Azərbaycanın aparıcı bankına Beynəlxalq İslam Ticarət Maliyyələşdirmə Korporasiyası (İTMK) ilə 3,5 milyon ABŞ dolları həcmində idxal ticarətinin maliyyələşdirilməsi əməliyyatlarının (Murabaha) maliyyələşdirilməsi üçün bir neçə istiqamət üzrə məsləhətlər vermişdir.
- Azərbaycanda ilk İslam sığorta (Takaful) şirkətinin yaradılması ilə bağlı İslam İnkişaf Korporasiyasının (ICD) törəmə müəssisəsi üçün tam sənədlər paketini hazırlamışdır.
- Azərbaycanda İslam Maliyyəsi (ICD-nın bir hissəsi) prinsipləri ilə fəaliyyət göstərən yeganə lizinq şirkəti olan Ansar üçün tam kənar hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir.
- İslam maliyyəsinin bir neçə digər məhsulu (Murabaha, Vəkalə, Icara və s.) üzrə Azərbaycandakı bir neçə banka məsləhətlər vermişdir.