EKVITA Academy
HÜQUQİ ŞƏXSLƏRİN MƏNFƏƏT VERGİSİ
Müddət: 16 saat;
Qiymət: Korporativ - 350 AZN (+18% ƏDV);
Fərdi – 300 AZN (ƏDV daxil).
Auditoriya: Hüquqi şəxslərin mənfəət vergisinin hesablanıb ödənilməsi qaydalarını daha dərindən öyrənmək istəyən sahibkarlar, mühasiblər, vergi menecerləri və ya vergi məsələlərinə cavabdeh şəxslər.
Təlimin sonunda sertifikat.
Syllabus:
- Vergi ödəyiciləri;
- Vergitutma obyekti;
- Mənfəət vergisinin dərəcəsi və azadolmalar;
- Mənfəət vergisi məqsədləri üçün xərclərin təsnifatı - gəlirdən çıxılan və çıxılmayan xərclər;
- Bəzi xərclərin (sosial ayırmalar, ezamiyyə xərcləri, amortizasiya ayırmaları, təmir xərcləri və s.) gəlirdən çıxılması xüsusiyyətləri;
- Gəlir və xərclərin uçotu:
- Gəlirin tanınması metodları (kassa və hesablama metodu);
- Xərcin tanınması metodları (kassa və hesablama metodu);
- Qeyri-rezidentlərin vergiyə cəlb olunması xüsusiyyətləri;
- Hüquqi şəxsin ləğvi və yenidən təşkili zamanı vergi öhdəliklərinin yerinə yetirilməsi qaydaları;
- Vergilərin ödənilməsi və hesabatın təqdim edilməsi müddətləri;
- Cari vergi ödəmələri;
- Praktiki məşğələ.
Təlimçlər haqqında Qısa Məlumat
Fariz Yadigarov 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Vergilər və vergitutma” ixtisası üzrə bakalavr, 2006-cı ildə isə “Vergiqoyma” ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. 2006-2012-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasında müəllim, 2008-2020-ci illər ərzində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzində baş müəllim vəzifəsində çalışmışdır.
Əsas tədris istiqamətləri “Vergi qanunvericiliyi”, “Vergiləndirmənin nəzəri-metodoloji əsasları” və “Vergi inzibatçılığı” istiqamətləridir. Ümumilikdə vergitutma sahəsində 15 ilə yaxın pedoqoji təcrübəyə malikdir.
Fariz bəy, Azərbaycan Respublikası Prezidentinin 09.02.2019-cu il tarixli 942 nömrəli Sərəncamı ilə “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Hal-hazırda Fariz bəy EKVİTA şirkətində vergi məsələləri üzrə menecer vəzifəsində çalışır.
Müşfiq Əliyev 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi ilə bitirmişdir.
Müşfiq Əliyev Böyük Dördlük (Big 4) şirkətlərində 20 ilə yaxın çalışmış və 2019-cu ildə EKVİTA şirkətinə Partnyor olaraq qoşulmuşdur.
Qeydiyyat forması üçün buradan keçid edə bilərsiniz.