İstifadə qaydaları

Yerli dərəcələrdə beynəlxalq keyfiyyət

Xahiş edirik, bu İstifadə Qaydalarını diqqətlə oxuyasınız. Bunlar sizin “EKVITA” şirkətinin web saytına (Sayt) daxil olmaq və istifadə etməyinizi tənzimləmək üçün İstifadə Qaydalarıdır. Bu Sayta daxil olmaqla, siz İstifadə Qaydalarını və Saytda yer alan digər bütün əlavə hökm və şərtləri qəbul etmiş sayılırsınız. Eyni zamanda, siz bütün tətbiq olunan qanun və qaydalarla bağlı olmağınıza razılaşırsınız və hər hansı yerli qanunlara uyğun olduğuna görə cavabdeh olduğunuzu qəbul edirsiniz. Bu şərtlərdən heç biri ilə razı deyilsinizsə, bu Saytdan istifadə və ya daxil olmaq qadağandır.

Hüquqlar

Saytda qiymətləndirilən və ya Saytı təşkil edən bütün kontent (o cümlədən bunlarla məhdudlaşmamaq şərti ilə, əqli mülkiyyət hüquqları, mətnlər, təsvirlər, səhifələr, səslər, proqram təminatı (o cümlədən kod, interfeys və sayt strukturu), videolar, görünüş və təəssürat, dizayn və onların kombinasiyası) və materiallarda mövcud olan hüquqlar bizə və ya bizə lisenziya verən qurumlara məxsusdur. Siz qəbul edir və razılıq verirsiniz ki, sizə bu kontent və/və ya materiallardan yalnız Saytın şərtlərində müəyyən edilən və ya tərəfimizdən yazılı şəkildə açıq şəkildə bildirilən digər qaydada istifadə etmək icazəsi verilir və siz bu cür kontent və ya materialların surətini çıxara, onları çoxalda, başqasına ötürə, ictimaiyyətə açıq elan edə, paylaya, kommersiya məqsədilə istifadə edə, uyğunlaşdıra, tərcümə edə, dəyişdirə, toplu hala gətirə, birləşdirə, bölüşdürə və ya başqasına təqdim edə yaxud həmin kontent və ya materialların törəməsini yarada bilməzsiniz.

Sizin öhdəlikləriniz

Siz zəmanət verirsiniz ki, bu Saytdan yalnız İstifadə Qaydalarına uyğun, düzgün və qanuna riayət edərək istifadə edəcəksiniz və aşağıdakıları etməyəcəksiniz:

 

- ədəbsiz, pornoqrafik, hədələyici, irqçi, təhlükəli, təhqiredici, iftiralı, sirri aşkarlayan, (müəllif hüquqları daxil olmaqla) hər hansı intellektual mülkiyyət hüququnu pozan və ya başqa şəkildə etiraza səbəb olan və ya qanunsuz məlumatları yaratmaq, saxlamaq və ya başqalarına ötürmək;

- Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək hər hansı digər şəxsin əqli mülkiyyət hüquqlarını (o cümlədən məhdudiyyət olmadan mülkiyyət hüquqları, əmtəə nişanları, patentlər, ticarət sirləri və ya digər əqli mülkiyyət hüquqları) pozan material yaratmaq, saxlamaq və ya başqasına ötürmək;

- mülki və ya cinayət məsuliyyətinə cəlb edilməyə səbəb ola biləcək sistemin və ya şəbəkənin təhlükəsizliyini pozmaq;

- “EKVITA” şirkətinin yazılı icazəsi olmadan hər hansı kommersiya məqsədi ilə Saytı və/və ya onun xidmətlərini reklam və ya hər hansı xidmət və malları satmaq üçün istifadə etmək;

- Bilərək və ya ehtiyatsızlıqdan zərərə səbəb olan və ya ola bilən hər hansı elektron məzmunun Sayta  daşınması;

- Qarşımıza öhdəlik qoymaq və ya internet provayderlərimizin və ya digər təchizatçıların bizə göstərdiyi xidmətlərdən yararlanmaq imkanından (tamamilə və ya qismən) məhrum olmağımıza səbəb olmaq;

- Kompüterin normal əməliyyat prosedurlarına müdaxilə etmək və yar onları pozmaq, gizli şəkildə kompüterə daxil olmaq, icazə olmadan hər hansı sistem, məlumat və ya şəxsi məlumatları əldə etmək və ya mənimsəmək üçün nəzərdə tutulmuş hər hansı virus, makro virus, troyan proqramı, soxulcan proqramı və ya digər proqramları hər hansı kompüterə yükləmək;

- Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək üçüncü şəxslərin xəbəri və ya razılığı olmadan onlar haqqında şəxsi məlumatları toplamaq və ya toplamağa cəhd etmək, istifadəçilərin siyahıları və ya digər məlumatları əldə etmək məqsədilə ekran məlumatlarını və məlumat bazasındakı məlumatları təhlil etmək və ya hər hansı digər fəaliyyətlə məşğul olmaq;

- Saytdan və ya hər hansı xidmətimizdən istifadə edən zaman özünü başqa şəxs və ya qurum kimi qələmə vermək, icazənizin olmadığı addan və ya saxtalaşdırılmış addan istifadə etmək;

- Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək dələduzluq etmək, üçüncü şəxsləri təhqir edən və ya incidən, virus, siyasi kampaniya, kommersiya təklifi, silsilə məktublar, kütləvi poçtlar və ya hər hansı spamdan ibarət hər hansı materialı göndərmək, istifadə etmək və ya yenidən istifadə etmək, gərəksiz narahatlıq yaratmaq;

Bu siyahı yalnız saytdan və xidmətlərimizdən sui-istifadə ilə bağlı nümunələr gətirmək məqsədi daşıyır, qadağan edilmiş icazəsiz hərəkətlərin siyahısı kimi istifadə olunmaq üçün nəzərdə tutulmamışdır. Bu tələblərdən hər hansı birini pozsanız və ya biz öz mülahizəmizə əsasən davranışınızın Sayt və ya hər hansı xidmətimizdən sui-istifadə halını təşkil etdiyi qənaətinə gəlsək, biz əvvəlcədən sizə bildiriş göndərmədən Sayta və xidmətlərimizə daxil olmaq hüququnuzu məhdudlaşdıra, dayandıra və ya ləğv edə bilərik. Bununla, bütün istifadəçilər onlayn davranış qaydaları və məqbul kontentlə bağlı bütün yerli qaydalara əməl etməyə razılıq verirlər. İstifadəçilər, həmçinin, hər hansı ölkədən hər hansı məlumatın ixrac edilməsi ilə bağlı qüvvədə olan hər hansı qaydalara əməl etməyə razılıq verirlər.

Surətin çıxarılması

Hüquqi, şəxsi və qeyri-kommersiya məqsədli istifadə üçün Sayta baxış keçirə və Saytda olan kontent, məlumat və ya materialları çap edə bilərsiniz. Siz hər hansı bu cür kontent, məlumat və ya materialların surətini çıxarmamağa, onları dəyişdirməməyə, yükləməməyə, çoxaltmamağa, başqa şəxsə ötürməməyə, ictimaiyyətə açıq elan etməməyə, paylamamağa, uyğunlaşdırmamağa, tərcümə etməməyə, başqa materiallarla birləşdirməməyə, özünüzdə saxlamamağa, satmamağa yaxud başqasına təqdim etməməyə və ya hər hansı kommersiya məqsədləri üçün istifadə etməməyə razılıq verirsiniz. Bütün digər hüquqlar qorunur.

Sizin məlumatınız

Sizin fərdi məlumatlarınızın “EKVITA” şərkəti tərəfindən istifadəsi “EKVITA” şirkətinin Məxfilik Siyasəti əsasında yerinə yetirilir.

Əqli mülkiyyət

«EKVITA» söz işarəsi və «EKVITA» logosu qanunvericiliyə uyğun şəkildə qeydə alınmış əmtəə nişanlarıdır.

Başqa cür müəyyən edilmədiyi təqdirdə Saytda mövcud olan və kimə məxsus olduğuna baxmayaraq bütün əqli mülkiyyət hüquqları (o cümlədən məhdudiyyət olmadan əmtəə nişanları, xidmət nişanları, patentlər, mülkiyyət hüquqları, məlumat bazaları üzərində hüquqlar və bütün digər əqli mülkiyyət hüquqları) öz qanuni sahiblərinə məxsudur və onlardan icazəsiz istifadə etmək qadağandır. Bu əqli mülkiyyət hüquqlarının tərəfinizdən istifadə edilməsi və ya çoxaldılması qadağandır, bunun edilməsi şərtlərin pozulması hesab olunur və üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarını və ya bizim əqli mülkiyyət hüquqlarımızı poza bilər.

Diskleymer

Saytdakı kontent, məlumatlar və materiallar "olduğu kimi" təqdim olunur. “EKVITA” şirkəti heç bir ifadə edilmiş və ya nəzərdə tutulmuş zəmanət vermir, və bununla da bütün digər zəmanətlər, o cümlədən məhdudlaşdırılmadan, nəzərdə tutulan zəmanətlər və ya ticarəti şərtləri, müəyyən bir məqsəd üçün yararlılıq, ya da intellektual mülkiyyətin pozulmaması və ya digər hüquqların pozulmaması, olmadan rədd edilir. Əlavə olaraq, “EKVITA” şirkəti, Saytdakı kontent, məlumatların və ya materialların düzgünlüyünə, ehtimal olunan nəticələrinə və etibarlılığına dair zəmanət vermir və ya hər hansı bir məlumat vermir.

Ümumi

Tərəflər arasında bütün mübahisələr sülh yolu ilə həll ediləcək, əks təqdirdə bütün mübahisələr Azərbaycan Qanunvericiliyinə uyğun həll olunacaq və Azərbaycan Respublikasının müvafiq Məhkəməsinə təqdim ediləcək.

“EKVITA” şirkəti, öz səlahiyyəti çərçivəsində, Məxfilik Siyasətini və İstifadə Qaydalarını istədiyi zaman dəyişə və müvafiq dəyişikliklər edə bilər. Siz bu dəyişiklikləri qəbul edir və onlara əməl edəcəyinizə razılıq verirsiniz. Edilən dəyişiklikləri mütəmadi olaraq gözdən keçirmək sizin öhdəliyinizdədir. Hər hansı bir maddənin pozuntusu zamanı siz qanun qarşısında hüquqi məsuliyyət daşıyırsınız.