İcbari Tibbi Sığorta ilə əlaqədar Xatırlatma

Xatırlatmaq istəyirik ki, İcbari Tibbi Sığorta ilə əlaqədar “Tibbi sığorta haqqında” Qanunda edilən dəyişikliklər 1 yanvar 2021-ci il tarixindən etibarən qüvvəyə minir.

Sığortaolunanların müxtəlif kateqoriyalarına və qanunla müəyyən edilmiş sığorta haqlarının məbləğlərinə dair əsas məlumatlarda heç bir dəyişiklik yoxdur və aşağıdakı cədvəldə öz əksini tapmışdır.

Sığortaolunan

Kim Tərəfindən Ödənilir

Sığorta haqları

1.   Azərbaycan Respublikasının vətəndaşları;

2.   Azərbaycan Respublikasında qaçqın statusu  almış şəxslər;

3.   BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

Dövlət Büdcəsi

Tam təqvim ili üçün adambaşına 90 manat;

Muzdlu işçilər, hərbi qulluqçular (istisnalarla), Milli Məclis və digər orqanlar tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər

İşçi

İşəgötürən

2% + 8000 manatdan yuxarı olan məbləğin 0,5%-i - işçi tərəfindən

2% + 8000 manatdan yuxarı olan məbləğin 0,5%-i  - işəgötürən tərəfindən

4.   Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər (müəyyən istisnalarla)

Sığortaolunanın minimum aylıq əməkhaqqı

minimum aylıq əməkhaqqının 4 faizi

5.   Mülki-hüquqi müqavilələr əsasında fəaliyyət göstərən şəxslər

Sığortaolunanın gəlirləri

2% + 8000 manatdan yuxarı olan məbləğin 1%-i;

 

 

Dəyişikliklərə əsasən müddətlər:

  1. İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunur. Bakı və Sumqayıt şəhərlərində bu aprel 2021-ci il müəyyən olunmuşdur.
  2. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sektorun işçilərinin əməkhaqlarının 8000 manatadək olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50% (50 faiz) güzəşt tətbiq edilir.
08 Okt, 2020