Xəbərlər
Know How Academy
AYİB Koronavirus pandemiyası ilə üzləşən və bunun təsirini idarə etmək üçün ən çox yardıma ehtiyacı olan on minlərlə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOS) dəstəyi təşəbbüsü çərçivəsində xüsusi olaraq kiçik və mikro müəssisələr üçün böhranın idarəetməsi məqsədini daşıyan onlayn bilik və məlumat platforması yaratmışdır.
“Böhran dövründə necə...” onlayn platformasında interaktiv təlimlər və sektor ekspertlərinin video çarxları yerləşdirilib, dövlət və yerli banklar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təklif olunan dəstək və resurslara dair müvafiq məlumat təqdim olunur.
Platformanın ilk Müştərilər və təchizatçılar modulu artıq istifadəyə verilmişdir.
Yeni Maliyyə Menecmentinin Əsasları adlı modulu isə 26 iyun tarixində istifadəyə verilib.
Bu modulun əsəs məqsədi kiçik və orta bizneslərə böhran dövründə fəaliyyəti üçün zəruri sayılan maliyyə bilik və bacarıqlarının inkişaf etdirilməsi, öyrəndikləri bilikləri planlaşdırmaq və onları həyata keçirmək üçün praktiki vasitələrin təmin edilməsidir.
Biznesinizi maliyyələşdirməyin yolları, İşçiləriniz əsas resursunuzdur, İdarəetmə və liderlik modulları növbəti bir neçə həftə ərzində istifadəyə veriləcəkdir.
Bilik platforması tamamilə pulsuz şəkildə fəaliyyət göstərir.
Proqramdan yararlanmaq üçün www.ebrdknowhowacademy.com veb saytına daxil olun
@EUnear @europeaid, AYİB-in Kiçik Biznesə Təkan Fondu (@MOF.Japan.english, @moefkorea, @minfinlux, @sidaSverige, Italy, @USTreasuryDept, Switzerland, TaipeiChina) tərəfindən dəstəklənir.
#MSMEday #EBRD