Xəbərlər
EKVİTA “ÇAĞRI MƏRKƏZİ NÜMAYƏNDƏSİ” VƏZİFƏSİ ÜZRƏ VAKANSİYA ELAN EDİR

Vəzifə öhdəlikləri:
- Benefisiarlarla əlaqə:
- Biznes təlimlərində, qiymətləndirmə görüşlərində və peşə təlimlərində iştirak etmək üçün telefon zəngləri vasitəsilə benefisiarlarla əlaqə saxlamaq;
- Təlimlər, onların faydaları və bütün digər prosedurlar haqqında məlumat vermək;
- Benefisiarların şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi. Həmçinin Excel sistemdə müvafiq qeydlərin yazılması;
- Rəhbər şəxsə biznes və peşə təlimi üçün hazır qruplar barədə məlumat vermək.
- İnzibati dəstək:
- Verilənlər bazamızda benefisiarlar və onlarla olan əlaqə haqqında məlumatların dəqiq və nizamlı uçotunu aparmaq;
- Benefisiarların iştirakı ilə bağlı bütün proseslərin yerinə yetirildiyinə əmin olmaq;
- Məlumatların daxil edilməsi və sənədlərin hazırlanması da daxil olmaqla Layihə İdarəetmə departamentinə inzibati dəstək vermək.
Tələblər:
- Ali təhsil diplomu və ya ekvivalenti
- Çağrı Mərkəzində və ya müştəri xidmətində təcrübə üstünlükdür;
- Azərbaycan dilində həm şifahi, həm də yazılı güclü ünsiyyət bacarıqları;
- Mükəmməl kommunikasiya və müştəri yönümlü yanaşma;
- Eyni anda bir çox tapşırıqları effektiv idarə etmək və detallara diqqət və təşkilatçılıq;
- Empatiya və benefisiarların məqsədlərinə çatmasına kömək etmək üçün səmimi istək.
Müraciət üçün son tarix: 07.01.2024
Zəhmət olmasa, CV-nizi hr@ekvita.com ünvanına "Çağrı mərkəzi nümayəndəsi" mövzu başlığı ilə göndərin.
19 Dek, 2023