EKVİTA “LOGİSTİKA ÜZRƏ KİÇİK MÜTƏXƏSSİS” VƏZİFƏSİ ÜZRƏ VAKANSİYA ELAN EDİR

Vəzifə öhdəlikləri:

  • Biznes təlimləri üçün yer və materiallara tələbləri müəyyən etmək və qiymətləndirmək;
  • Benefisiarlar və təlimçilər üçün tələb olunan bütün sənədləri hazırlamaq və təşkil etmək;
  • Müvafiq təhvil-təslim aktlarını tərtib etmək;
  • Lazımi təminatların (məsələn, kitablar, dəftərlər, qələmlər, su və s.) təlimlərin keçiriləcəyi yerlərə (müxtəlif rayonlara) çatdırılmasını təmin etmək;
  • Daşınma təminatlarının çatdırılma məntəqəsinə qədər hərəkətinə nəzarət etmək;
  • Çatdırılmış məhsulları təhvil vermə və qeydlər aparma prosesinə nəzarət etmək;
  • Bitmiş təlim qruplarından müvafiq təminatı təhvil almaq üçün biznes təlimçiləri və layihə koordinatorları ilə sıx əməkdaşlıq etmək;
  • Vacib sənədlərin və hesabatların müvafiq şəxslərə düzgün və vaxtında çatdırılmasını təmin etmək.
  • Logistika proseslərinin bütün mərhələləri barədə hesabat tərtib etmək və birbaşa rəhbərini məlumatlandırmaq

Tələblər:

  • Bakalavr dərəcəsi
  • Microsoft Office, xüsusən Excel və Microsoft Teams-də işləmə bacarığı
  • İdarəetmə təcrübəsi, analitik düşünmə
  • Güclü təşkilatçılıq və vaxtı idarə etmə bacarığı
  • Əla ünsiyyət bacarıqları, həm şifahi, həm də yazılı
  • Bütün tapşırıqlarda dəqiqliyə diqqət yetirməklə, təfərrüat yönümlülük
  • Müstəqil və komandada işləmək bacarığı
  • Təşəbbüskar və problem həll etmə qabiliyyəti

 

 Son müraciət tarixi: 15 Oktyabr 2023-cü il 

 

Zəhmət olmasa, CV-nizi hr@ekvita.com ünvanına "Logistika üzrə Kiçik Mütəxəssis" başlığı altında göndərin. 

29 Sen, 2023