Xəbərlər
“EKVITA ACADEMY” BEYNƏLXALQ MALİYYƏ HESABATLARI ÜZRƏ DİPLOM (DİPIFR) İMTAHANINA HAZIRLIQ TƏLİMİNİ ELAN EDİR!

Təlimin müddəti: 112 saat (imtahan və testlər daxil olmaqla)
Təlimin başlama tarixi: Sentyabr 2023 ilk həftəsi
Dərslərin keçirilmə vaxtı: Həftədə iki dəfə (18:00-dan sonra 2 saat) və Bazar günləri saat 10:00 – 14:00-dək (arada çay/kofe fasiləsi)
Təlimin keçiriləcəyi yer: EKVITA, Time Biznes Mərkəzi, 8-ci mərtəbə
Təlimin qiyməti: 890 AZN (ƏDV-siz). Ödəniş aylara bölündüyü halda kursun ödənişi 990 AZN (ƏDV-siz) olacaqdır.
Qeydiyyat üçün son tarix: 26 avqust, 2023
Təlim proqramına aşağıdakılar daxildir:
- Proqramın nəzəri və praktiki materiallarının təqdimatı
- İmtahana hazırlığı təkmilləşdirəcək sınaq testləri
- MHBS standartları və onların tətbiqinin tələbləri haqqında məlumat
- Təlimin dili və tədris materialları ingilis dilindədir, lakin mövzuların izahı həm azərbaycan, həm də rus dillərində keçiriləcəkdir.
Namizədlər DipIFR imtahanına müraciət etmək üçün ACCA Qlobal peşəkar mühasiblik orqanı tərəfindən müəyyən edilmiş aşağıdakı dörd şərtdən ən azı birini yerinə yetirməlidirlər:
- İki illik müvafiq sahədə mühasibatlıq üzrə təcrübəyə və uyğun ali təhsilə sahib olmaq (ACCA F1,F2,F3 və F4 imtahan mərhələləri üzrə ən azı bir azadetmə hüququna sahib olmaq)
- Beynəlxalq maliyyə hesabatlılığı üzrə ACCA Sertifikatı (Cert İFR və s.)
- Mühasibatlıq sahəsində ən azı üç il iş təcrübəsi
- ACCA imtahanlarını uğurla bitirmək
Qeyd: Beynəlxalq Maliyyə Hesabatı üzrə Diplom (DipIFR) Sertifikatlı Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən hazırlanmış beynəlxalq MHBS kvalifikasiyasıdır.
DipIFR sahibləri peşəkar mühasibatlıq üzrə yerli sertifikat imtahanının birinci mərhələsindən (Peşəkar Mühasib Sertifikatı) azad edilirlər.
Qeydiyyat linki: https://forms.gle/tpKVRMiyUcJ6NZ5LA