Xəbərlər
AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİK EDİLMƏSI HAQQINDA

Gömrük Məcəlləsinə edilmiş əlavəyə əsasən (233-1-ci maddə əlavə edilmişdir) gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınacaq.
Utilizasiya haqqının məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi 3 ay müddətinə Nazirlər Kabinetinə tapşırılmışdır.
Bu Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
01 Avq, 2023