Xəbərlər
EKVİTA “AUDİT ÜZRƏ KÖMƏKÇİ” VƏ “AUDİT ÜZRƏ TƏCRÜBƏÇİ” VƏZİFƏLƏRİ ÜZRƏ VAKANSİYALAR ELAN EDİR

Ekvita “Audit üzrə köməkçi” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəliklər:
- Audit layihələrinin müxtəlif mərhələlərində iştirak etmək;
- Audit məqsədlərinə cavab verən audit sübutlarını toplamaq və qiymətləndirmək;
- Layihə hesabatlarının hazırlanmasında iştirak etmək və mühasibat məlumatlarının tutuşdurulması;
- Həvalə edilmiş tapşırıqlarda müvafiq mühasibat uçotu prinsiplərini, BMS biliklərini, eləcə də audit standartlarının tətbiqini monitorinq etmək;
- Maliyyə hesabatlarına rəylərin hazırlanmasında iştirak etmək və nəticələri rəhbərliyə və ya digər maraqlı tərəflərə təqdim etmək;
- Audit rəhbəri tərəfindən tərtib edilmiş digər audit tapşırıqlarının icrası;
- Davamlı olaraq auditin icrasında səmərəliliyin artırılması və prosesin təkmilləşdirilməsi istiqamətində çalışmaq;
Tələblər:
- Audit və maliyyə-mühasibatlıq sahəsində ali təhsil;
- Texniki kompüter bacarıqları (MS Windovs, MS Office, 1C və s);
- Qabaqcıl səviyyədə Excel bilikləri: müxtəlif formulalar, pivotlar və datasheet-lərlə işləmə bacarığı;
- Maliyyə hesabatlarının strukturu və standartları (IFRS) barədə məlumatlı olmaq;
- Riyazi təhliletmə, müşahidə aparmaq, faktları müəyyən etmək, özünü tənqidetmə və müstəqilliyi qoruma bacarıqları;
- ACCA sertifikatlarının olması üstünlükdür;
- Azərbaycan dili (mükəmməl) və Rus dili (orta səviyyə).
Maraqlanan namizədlərdən CV-lərini “Audit üzrə köməkçi” başlığı altında hr@ekvita.com ünvanına göndərmələri xahiş olunur.
Yalnız mövzu hissəsində (Audit üzrə köməkçi) vakansiya adını qeyd etmiş namizədlər nəzərə alınacaq.

Ekvita “Audit üzrə təcrübəçi” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə və Öhdəliklər:
- Audit layihələrinin müxtəlif mərhələlərində iştirak etmək;
- Audit məqsədlərinə cavab verən audit sübutlarını toplamaq və qiymətləndirmək;
- Layihə Hesabatlarının hazırlanmasında iştirak etmək və mühasibat məlumatlarının tutuşdurulması;
- Audit rəhbəri tərəfindən tərtib edilmiş digər audit tapşırıqlarının icrası.
Tələblər:
- Audit və maliyyə-mühasibatlıq sahəsində ali təhsil;
- Texniki kompüter bacarıqları (MS Windovs, MS Excel, MS Office, 1C və s);
- Riyazi təhliletmə, müşahidə aparma, faktları müəyyən etmək bacarıqları;
- ACCA sertifikasiya imtahanlarına başlamaq və ya bir neçə imtahandan uğurla keçmək üstünlükdür;
- Azərbaycan dili (mükəmməl) və Rus dili (orta səviyyə).
Maraqlanan namizədlərdən CV-lərini “Audit üzrə təcrübəçi” başlığı altında hr@ekvita.com ünvanına göndərmələri xahiş olunur.
Yalnız mövzu hissəsində (Audit üzrə təcrübəçi) vakansiya adını qeyd etmiş namizədlər nəzərə alınacaq.
03 İyl, 2023