Xəbərlər
"FƏRQANƏ VADİSİNDƏ KƏND MÜƏSSİSƏSİNİN İNKİŞAFI" LAYİHƏSİ

EKVITA, Encompass Consulting və Zabala İnnovation Spain-in tərəfdaşlığı ilə Dünya Bankı tərəfindən maliyyələşdirilən "Fərqanə Vadisində Kənd Müəssisəsinin İnkişafı" layihəsinə rəhbərlik etməyə davam edir.
Layihə İnnovativ İnkişaf Agentliyi və Özbəkistanın Kənd Təsərrüfatı-Ərzaq İnkişafı üzrə Beynəlxalq Strateji Mərkəzinin əməkdaşlığı ilə Özbəkistanda start götürən startaplara akselerasiya təlimi, biznes məsləhəti və mentorluq dəstəyini təmin edir. Layihənin gedişatını müzakirə etmək və fəaliyyət planını İnnovativ İnkişaf Agentliyinin gözləntilərinə müvafiq olaraq uyğunlaşdırmaq məqsədilə 10 Mart tarixində Texniki Yardım heyətinin layihə rəhbəri yerli layihə koordinatoru ilə birgə İnnovasiyalar və Texnologiyaların Transferi üzrə Yerli Ofisin Direktoru ilə Daşkənddə görüşüb. Texniki Yardım heyəti bölgədə potensialın gücləndirilməsi tədbirlərinin həyata keçirilməsini təmin etməklə yanaşı layihə çərçivəsində nəzərdə tutulan akselerasiya proqramını başlatmaq üçün startap müraciətlərinin qəbulunun ilk çağırışını da elan etmişdir.