LAYİHƏ İDARƏETMƏSİ ÜZRƏ KOORDİNATOR AXTARIRIQ

EKVITA müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olan “Layihə Koordinatoru” axtarır.

Vəzifə və Öhdəliklər:

  • Layihələrin planlaşdırılması sessiyalarına rəhbərlik etmək;
  • Layihə üzrə ekspertlərin koordinasiyası;
  • Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq;
  • Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Bakalavr və ya daha yüksək dərəcə (layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və ictimaiyyətin idarə olunması ixtisaslarına üstünlük verilir);
  • Azərbaycan və İngilis dillərini mükəmməl səviyyədə bilmə (rus dili arzuolunandır);
  • Analitik düşünmə bacarığı;
  • Bazar araşdırması;
  • Microsoft Word, Microsoft PowerPoint və Microsoft Excel proqramlarından peşəkar istifadə etmə bacarığı;
  • Güclü inandırma və təqdim etmə bacarığı;
  • Komanda ilə effektiv işləmə bacarığı;
  • Vaxtı düzgün və səmərəli planlaşdırmaq və son tarixlərə riayət etmə.

Maraqlanan namizədlərdən CV-lərini “Layihə Koordinatoru SEP1” başlığı altında hr@ekvita.com ünvanına göndərmələri xahiş olunur.

Yalnız mövzu hissəsində (Layihə Koordinatoru) vakansiya adını qeyd etmiş namizədlər nəzərə alınacaq.

13 Mart, 2023