VAKANSİYA: STRATEJİ KOMMUNİKASİYA RƏHBƏRİ

Əsas mütəxəssis 2: Strateji Kommunikasiya Rəhbəri (minimum 260 iş günü)

Strateji Kommunikasiya Rəhbəri, hədəf qruplarının müəyyənləşdirilməsi, mesajların vizual dizaynına və işlənməsi daxil olmaqla, layihə fəaliyyətinə yaradıcı və strateji istiqamət verməkdən məsul olacaq. O, eyni zamanda Nəticə 1.1: Komponent 1 "AB Nümayəndəliyi ilə Kommunikasiya Strategiyası" və  Nəticələr 3.1-3.3 çərçivəsində Kommunikasiya Strategiyası və Fəaliyyət Planının İnkişafından məsul olacaq.

Kvalifikasiya və bacarıqlar:

  • Kommunikasiya və ya jurnalistika sahələrində magistr dərəcəsi və ya kommuniasiya, jurnalistika, ictimaiyyətlə əlaqələr və ya marketinq sahəsində ümumi ixtisas təcrübəsinə əlavə olaraq ən az 5 il təcrübə;
  • Mükəmməl şifahi və yazılı İngilis dili (ən azı 1 <əla> 5 <sadə> miqyasında 2 -ci səviyyə);
  • Azərbaycan, türk və ya rus dillərində işləmək bacarığı üstünlük olardı.

Ümumi  iş təcrübəsi:

  • Son 8 ildə strateji kommunikasiya və/və ya reklam kampaniyaların keçirilməsi sahəsində ən az 660 iş günü peşəkar təcrübə;
  • Ən azı 2 İctimaiyyətlə Əlaqələr kampaniyasının planlaşdırılması və həyata keçirilməsi təcrübəsi (milli/beynəlxalq miqyaslı);
  • Şərq Tərəfdaşlığı ölkələrində strateji kommunikasiya və/və ya kampaniya keçirilməsi sahəsində təcrübə üstünlük olardı.

Xüsusi ixtisas təcrübəsi:

  • Son 8 ildə beynəlxalq və milli tərəflər (səfirliklər, beynəlxalq təşkilatlar, beynəlxalq şirkətlər, milli hakimiyyət orqanları) üçün genişmiqyaslı çoxkanallı kommunikasiya strategiyalarının hazırlanması və tətbiqi sahəsində ən azı 660 iş günü təcrübəsi;
  • Nəşrlərin, məqalələrin, reklamların, sosial media kampaniyalarının,  broşuraların, məlumat vərəqələrinin, tanıtım və təqdimat materiallarının və ya uğur hekayələrinin hazırlanması və redaktəsi üzrə ən azı 100 iş günü təcrübəsi;
  • Ən azı 100 iş günü TV və/və ya radio proqramları sahəsində iş təcrübəsi.

 

Bütün ekspertlər müstəqil olmalı və üzərinə götürdükləri məsuliyyətlə maraqlar toqquşmamalıdır.

 

Son müraciət tarixi : 19/10/2021

15 Okt, 2021