ABŞ-IN XARİCDƏ KORRUPSİYA HAQQINDA QANUNU (XKQ VƏ YA FCPA). BİR BAXIŞDA İKİNCİ NƏŞR.

FCPA tarixi 

1977-ci ildə rüsvayedici Uoterqeyt qalmaqalından sonra ABŞ konqresi FCPA (XKQ)-nı qəbul etdi və beynəlxalq miqyasda bir sıra korrupsiya əməllərini ortaya çıxararaq, bu cür qeyri-qanuni fəaliyyətin qadağası və qınanılmasını təmin etdi. ABŞ konqresi haqlı olaraq geniş yayılmış korrupsiya fenomeninin ABŞ-dakı şirkətlərin bütövlüyünə zərər verdiyini iddia etdi. Əgər bu cür cinayət fəaliyyəti daxili qanunveriliklə qadağan edilmişdirsə, şübhəsiz beynəlxalq səviyyədə də qadağan edilməli idi.

Keçmişə nəzər salaraq, qeyd edək ki, Xaricdə Korrupsiya Haqqında Qanuna dair Təlimat (“Təlimat”) hələ 2012-ci ilin noyabr ayında ilk dəfə nəşr olunmuşdu, müqayisə üçün ikinci nəşr XKQ ilə əlaqəli yeni və yenilənmiş icra tədbirləri və qanunvericilik dəyişikliklərini təklif və əhatə edir. 

FCPA yenilikləri 

Təlimatin İkinci nəşrində XKQ-nun əhatə dairəsi genişləndirildi: (1) “hər hansı bir uyğun olmayan üstünlük” əldə etmək üçün edilən ödənişlər; (2) Amerika Birləşmiş Ştatlarında olarkən xaricdə rüşvətxorluq məqsədilə müəyyən xarici şəxslərlə əlaqələrin yaradılması; lərin yaradılması olarkən xarici ki, 3) “xarici rəsmi şəxs” altında ictimai beynəlxalq təşkilatların da əhatə edilməsi; (4) vətəndaşlığa əsaslanan yurisdiksiya üçün alternativ əsasların əlavə edilməsi; və (5) ABŞ şirkətlərində işləyən və ya onlar üçün vasitəçi kimi çıxış edən xarici vətəndaşlara qarşı cinayət cəzalarının tətbiq edilməsi.

Bundan əlavə, XKQ “xarici rəsmi şəxs” tərifinə “xarici hökümət və ya hər hansı bir qurumun, orqanın və ya beynəlxalq təşkilatın hər hansı bir səlahiyyətli şəxsi və  ya işçisi yaxud orada iştirakçılıq,  və  ya istənilən hökümət və ya qurum , və ya orqan  və ya hər hansı bir  beynəlxalq təşkilat üçün və ya onun adından çıxış edən istənilən şəxs”i daxil edilməsini təklif edir.Beləliklə, XKQ-dakı “iştirakçılıq” ifadəsi, ABŞ-ın Aşkenaziyə qarşı iddiasının son qərarı ilə əlaqədar olaraq hazırlanmış və yenilənmişdir ki, xarici rəsmi şəxsləri “rüşvət əleyhinə müddəalar altında” təsnifləşdirmək üçün qəbul edilmişdir.

XKQ-nun ikinci nəşrinə görə, “iştirakçılıq” termini geniş və uyğunlaşan anlayışdır. Burada dövlətə məxsus və ya dövlət tərəfindən idarə olunan müəssisələrdə nazir və ya katib kimi hökumət vəzifələri əvəzinə, adları vitse-prezident və direktor olan müvafiq vəzifələrdə işləyən şəxsləri əhatə etmək olar.  ABŞ-ın On birinci Dairə Apellyasiya Məhkəməsi apellyasiya məhkəməsinin XKQ-na uyğun olaraq “xarici rəsmi şəxs” ifadəsi kimi istifadə edilən qaydaya müvafiq olaraq ilk dəfə xarici hökumətin “iştirakçılığı” termininə aid təməlqoyan bir qərar çıxartdı.

Məhkəmənin yanaşmasına əsasən “iştirakçılıq dövlətin göstərişi ilə əməliyyatların yerinə yetirilməsidir” ... Bəs hansı əməliyyatlar “dövlətin biznesi”nə aid edilir?

Bundan sonra Məhkəmə öz statusundan istifadə edərək, gələcək məhkəmələrin hökumətin bir təşkilata nəzarət edib-etməməsinə qərar verməsinə kömək edəcək faktorların siyahısını təqdim etməyə qərar verdi. İştirakçılıq üçün aşağıdakı amillər diqqətə layiqdir: 

  • Xarici hökumət tərəfindən müəssisənin rəsmi olaraq təyin (təsis) etməsi;
  • Müəssisənin nəzarət səhm paketinin dövlətə məxsus olub-olmaması;
  • Dövlət müəssisənin əsas vəzifələrdəki şəxslərini işə götürmə və işdən azad etmə qabiliyyəti;
  • Müəssisənin mənfəətinin, əgər varsa, birbaşa dövlət büdcəsinə daxil olma dərəcəsi;
  • Dövlət müəssisənin iflası halında nə dərəcədə maliyyələşdirdiyi;
  • Yuxarıdakı göstəricilərin davam etdiyi müddət. 

XKQ çərçivəsində Korporativ Komplayens proqramları 

XKQ-nun ikinci nəşri, effektiv Komplayens proqramlarının əlamətləri anlayışını da inkişaf etdirmişdir. Qeyd etmək vacibdir ki, komplayens  proqramlarına təşkilatlarda komplayensin necə tətbiq olunmasına dair bir qədər sərbəstlik təmin edir.  

Mahiyyət etibarilə komplayens proqramları şirkətin ehtiyaclarına uyğunlaşdırılmalı və heç bir halda sadəcə “qeyd etmək” naminə  yanaşması ilə icra olunmamalıdır. Bununla belə, ikinci buraxılış yeni “Təhqiqat, Təhlil və Səhv Davranışların Aradan Qaldırılması” elementlər təklif edir.

 Komplayens proqramının səmərəliliyinin qiymətləndirilməsi üçün şirkətin müəyyən bir qanun pozuntusuna cavabının sənədləşdirilməsini nəzərdə tutur. Bundan əlavə, şirkət gələcəkdə risklərin qarşısını almaq və azaltmaq üçün sənədləri, təlimləri və nəzarət mexanizmlərini sənədləşdirməli və müvafiq dəyişikliklər etməlidir.

XKQ üzrə riskləri azaltmaq üçün tövsiyələr 

XKQ korporativ birləşmə və ya satınalma halında riskləri azaltmaq məqsədilə önləyici tədbirlərin görülməsini təklif edir.İlk olaraq, Ədliyyə Nazirliyindən potensial satınalma barədə rəy almaqda fayda var. Bununla birlikdə, satınalma və ya birləşmədə iştirak edən şirkətlər XKQ-nun ikinci nəşrinə əsasən aşağıdakıları nəzərə almalıdırlar: 

  1.  Potensial yeni biznes satınalmalarında XKQ və  korrupsiyaya qarşı mübarizə üzrə  riskə əsaslanan ətraflı yoxlamaların aparılması;
  2. XKQ – u və digər korrupsiyaya qarşı qanunlara əsasən alıcı şirkətin davranış qaydalarının, komplayens siyasətləri və prosedurlarının yeni əldə olunan şirkətlərdə ən qısa müddətdə tətbiq oluna biləcəyinin təsdiqlənməsi;
  3. Yeni əldə edilmiş müəssisələrin və ya birləşdirilən şirkətlərin direktorları, səlahiyyətli şəxsləri və işçilərini üçün müvafiq təlimlərin keçirilməsi. Əlavə olaraq, vasitəçi (agent) və biznes ortaqların XKQ daxili prosedurlar və qaydalar üzrə təlimatlandırılması;
  4. Yeni əldə edilmiş və ya birləşdirilmiş bütün müəssisələrdə mümkün qədər tez müddətdə XKQ-na yönlü auditin təşkil edilməsi;
  5. Yeni əldə edilmiş müəssisələrin lazımi araşdırması çərçivəsində aşkar olunan hər hansı bir korrupsiya ödənişinin üzə çıxarılması.

 Nəticədə ikinci nəşr əvvəlki nəşrdən bəri qazandığı təcrübə sayəsində kifayət qədər dərin və genişləndirici təlimat təqdim edir. XKQ Təlimatı öhdəlik yaratmayan sənəd olsa da, şirkətlər üçün korrupsiyaya qarşı komplayens proqramları məqsədilə ən dayanıqlı və təsdiq olunmuş vasitə olaraq qalır.

Mənbələr: 

Amerika Birləşmiş Ştatları. Ədalət Bölümü. Cinayət şöbəsi. ABŞ Xaricdə Korrupsiya Haqqında Qanununa dair Təlimat. Vaşinqton K.D: ABŞ Ədliyyə Nazirliyi: ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası, 2020 

Con Cordan, ABŞ qarşı Aşkenaziyə qarşı: ABŞ Apellyasiya Məhkəməsi ilk dəfə Xaricdə Korrupsiya Haqqında Qanuna əsasən “İştirakçılığı” tərif etdi

 Daq Kornelius, XKQ –na əsasən “İştirakçılıq” nədir? (www.compliancebulding.com)

 
25 Sen, 2020