İSO 37001 nədir və şirkət bundan necə faydalana bilər?

Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) 1946-cı ildə müxtəlif ölkələrdən olan 65 nümayəndə tərəfindən təsis olunmuşdur. Üzvlər standartlaşdırmanın gələcəyi üçün əməkdaşlıq etmək məqsədilə toplaşmışdılar. O gündən İSO üzvləri beynəlxalq standartlaşma ilə bağlı mühüm mərhələyə nail oldular və səylərini standartlaşdırmanın təşviqinə yönəltdilər. Qeyd edək ki, İSO 37001, 2016-cı ildə nəşr olunmuş və rüşvətə qarşı idarəetmə sistemləri üçün beynəlxalq standartdır.

İSO 37001 – “İSO/TC 309” İSO texniki komitəsi tərəfindən hazırlanmışdır. Standart Beynəlxalq Ticarət Palatası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Şəffaflıq Təşkilatı və digər nüfuzlu təşkilatların mövcud təlimatlarına əsaslanaraq hazırlanmışdır. Standart, həmçinin ABŞ Ədliyyə Nazirliyi, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası və İngiltərə Ədliyyə Nazirliyi kimi qurumların verdiyi təlimatları da özündə ehtiva edir. Standart potensial riskləri azaltmaq məqsədi ilə müəssisə daxilində iş və əməkdaşlıq üzərində nəzarəti asanlaşdırmaq və gücləndirmək üçün mövcuddur. Bu sertifikatın əldə edilməsi beynəlxalq şirkətlərə münasibətdə etik biznesin və etibarlılığın sübutu kimi çıxış edir.

Təsis edilmiş bir təşkilat hüquqi öhdəliklərinin yerinə yetirilməsini təşviq etmək və etik dəyərlərə bağlılığını daha da artırmaq üçün müvafiq idarəetmə sistemlərinə əsaslanan qanunlara əməl etmə (komplayens) siyasəti yaratmalıdır. Rüşvətə qarşı siyasət komplayens siyasətinin vacib elementidir. Rüşvətə qarşı siyasət və idarəetmə sistemini dəstəkləmək rüşvətə cəlb olunmaqla bağlı xərclərin, risklərin və zərərlərin qarşısını alır və ya azaldır, işgüzar münasibətlərdə inamı artırır, iqtisadi və işgüzar nüfuza zərərin qarşısını alır.

Standart risklərin qarşısının azaldılması, həmçinin yüksək prinsipli biznesin təşviqində rüşvətin qarşısının alınması ilə bağlı təlimat verir. EKVİTA şirkətində Standartla müəyyən edilmiş qaydalara uyğun gələn müvafiq prosedurları həyata keçirmək üçün Komplayens Funksiyasını həyata keçirən komandamız var.

Sertifikat əldə etmək üçün səbəblər

İSO 37001 şirkətlərə onların mövcud vəziyyəti ilə bağlı kömək etmək üçün hazırlanmışdır. Daimi struktur çərçivəsində Standart risklərin nəzərdən keçirilməsi, mövcud sistemin müəyyən edilməsi və risklərin daha da azaldılmasına toxunur.

Korrupsiya, demək olar ki, biznesin bütün sahələrində baş verir. Bununla əlaqədar yaranan ziyan bütün şirkət üçün risk yaradır və iqtisadi, işgüzar nüfuza zərərlə nəticələnə bilər. Belə ki, biz ağır nəticələrlə üzləşmək əvəzinə qabaqlayıcı yanaşma tövsiyə edirik. İSO 37001 rüşvətə qarşı effektiv idarəçilik sisteminin icrası üçün minimum tələbləri və təlimatları təklif edir. Bu baxımdan EKVİTA yüksək standartlara uyğunluğun təmin edilməsi və İSO 37001-in əldə edilməsinin faydalarını diqqətinizə çatdırır (bu faydalar aşağıdakılardır):

  • Yüksək prinsipli biznes üçün rüşvətə qarşı müvafiq tədbirlər görür;
  • Risk əsaslı rüşvətə qarşı idarəçilik sistemini yaratmaqla rüşvəti aşkar edir və idarə edir;
  • Rüşvətlə bağlı riskləri idarə etməkdə struktur effektivliyini inkişaf etdirir;
  • Rüşvətin mənfi təsirləri ilə bağlı məlumatlılığı artırır;
  • Dələduzluğu aşkar etməyə kömək edir;
  • Hüquqi uyğunluğa zəmanət verməklə şirkətin nüfuzunu və imicini artırır;

<ins' style="box-sizing: border-box; -webkit-font-smoothing: antialiased; font-family: Roboto, sans-serif;">• Rüşvətə qarşı idarəçilik sistemi nəzdində əsl təcrübənin meyarlarını müəyyən edir;

  • Təşkilatın rüşvətə qarşı mübarizə aparma təcrübəsinə bağlılığını göstərir;
  • Potensial partnyorlarda inam və etimadı təmin edir.

Yaxşı idarə olunan bir təşkilatdan onun hüquqi öhdəliklərinə və etik dəyərlərinə bağlılığını təmin etmək üçün müvafiq idarəetmə sistemi tərəfindən dəstəklənən komplayens siyasətinin olması gözlənilir. Rüşvətə qarşı siyasət ümumilikdə komplayens siyasətinin komponentidir. Rüşvət əleyhinə idarəetmə siyasətini dəstəkləmək təşkilata xərclərin, risklərin və zərərin qarşısını almağa və ya azaltmağa, eləcə də, işgüzar münasibətlərdə inam və etimadı qoruyub saxlamağa və şirkətin işgüzar nüfuzunu artırmağa kömək edir.

EKVİTA rüşvətxorluq əleyhinə idarəetmə sistemi üzrə məsləhətçi kimi

EKVİTA MDB məkanında hazırki tarixədək İSO 37001 sertifikatı əldə etmiş ilk və yeganə konsaltinq şirkətidir. EKVİTA beynəlxalq sertifikasiya təşkilatının Akkreditə olunmuş Audit Partnyorudur və ölçüsündən asılı olmayaraq bütün təşkilatların İSO 37001 sertifikasiya prosesinə hazırlanması üçün köməklik göstərə bilər.

EKVİTA Azərbaycanda fəaliyyət göstərən və əsasən neft və qaz sektorundan olan bir çox xarici şirkətlər üçün xarici komplayens funksiyası olaraq fəaliyyət göstərir.

EKVİTA təşkilatlara effektiv daxili nəzarəti inkişaf etdirməkdə kömək edir, onların işçilərinə müvafiq təlimlər keçir, onlar üçün lazımi siyasət və prosedurları hazırlayır, onların təchizatçılarını və digər biznes tərəfdaşlarını lazımi qaydada araşdırır və müştəri ilə əlaqədar yoxlamalarda iştirak edir və s.

Azərbaycanda İSO 37001 ilə əlaqəli hər hansı sualınız yarandığı təqdirdə, EKVİTA şirkətinin məsləhətçiləri ilə əlaqə saxlaya bilərsiniz.

Həmmüəlliflər barədə məlumat:

Esmira Pirqasımova hüquq üzrə bakalavr təhsilini 2000-ci ildə Odlar Yurdu Universitetində, biznes idarəçiliyi üzrə magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində almışdır. O 2019-cu ildən EKVİTA şirkətində komplayns üzrə hüquqşünasdır.

Nərmin Humani beynəlxalq münasibətlər üzrə bakalavr təhsili 2015-ci ildə “City University of London” Universitetində, 2018-ci ildə isə biznes hüququ üzrə magistr təhsili almışdır.O 2020-ci ildən EKVİTA şirkətində komplayns xidmətini göstərir.

 

04 İyn, 2020