Xəbərlər
Böhran dövründə məsləhətçilərin rolu
EKVİTA şirkətinin Baş Layihə Meneceri, Nərgiz İsmayılova AYİB-in təşkil etdiyi "Böhran dövründə məsləhətçilərin rolu" mövzusunda virtual dəyirmi masada çıxış edib.
Nərgiz xanım çıxışı zamanı Covid 19-un EKVİTA-nın timsalında yerli məsləhət xidmətlərinə təsiri, həmçinin böhrandan sonra məsləhət bazarının inkişaf ssenarilərindən bəhs edib. O qeyd edib ki, pandemiya Ekvitanın göstərdiyi bir sıra xidmətlərin transformasiya edilərək daha çevik və optimal şəklidə müştərilərə çatdırılmasına səbəb olmuşdur.
Nərgiz xanım həmçinin EKVİTA-nın yeni təşəbbüsü olan EKVİTA Academy-nin də pandemiya məhsulu olduğunu vurğulayıb.
Akademiyaya ilk təlimlərə qeydiyyat linkinə buradan keçid edə bilərsiniz.
05 Okt, 2020