Xəbərlər
EKVITA ISO 37001 sertifikatını uğurla yeniləyib
Fəaliyyətimizin ISO 37001:2016 standartının tələblərinə uyğun olduğu təsdiqlənərək, ISO 37001 Rüşvətxorluq Əleyhinə İdarəetmə Sistemi üzrə sertifikatlaşdırmamızın uğurla yeniləndiyini elan etməkdən məmnunluq duyuruq.
Qeydiyyatımız 2023-cü ilin may ayınadək bütün Azərbaycan üzrə Hüquq, Vergi, Mühasibat və İdarəetmə üzrə Konsaltinq xidmətlərini əhatə edir.
Qeyd edək ki, EKVITA, MDB regionunda İSO 37001 sertifikatını alan ilk və bu günə qədər yeganə konsaltinq şirkətidir. EKVITA eyni zamanda beynəlxalq miqyaslı sertifikatlaşdırma agentliyinin ISO 37001 sertifikatlaşdırma prosesi üçün istənilən müəssisələrə konsaltinqin təmin edilməsi üzrə auditorların akkreditə olunmuş tərəfdaşıdır.

EKVITA 55-dən çox daimi işçisi olan tam əhatəli hüquq, mühasibatlıq və vergi konsaltinqi xidməti göstərən şirkətdir. Yarandığı gündən etibarən EKVITA müştərilərinə bütün səviyyələrdə korrupsiyaya qarşı komplayens məsələlərində konsaltinq məsləhət xidmətləri göstərməkdədir.