Publications
EKVİTANIN TƏRƏFDAŞLIQ ETDİYİ “EY İLİN İŞ ADAMI 2026” MÜSABİQƏSİNƏ ƏRİZƏ QƏBULU BAŞLAYIB
Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” proqramında iştirak üçün ərizələrin qəbulu 30 dekabr 2025-ci il tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar qeydiyyat ərizələrini www.eoy.az saytına keçid edərək doldura bilərlər.
40 ilə yaxındır ki, təsis edilmiş “EY İlin İş Adamı” proqramı öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdıran, daim innovasiyalara imza atan, yeni iş yerləri yaradan və fəaliyyət göstərdikləri sahələri təkmilləşdirən uğurlu sahibkarların nailiyyətlərini tanıyır.
“EY İlin İş Adamı” müsabiqəsində iştirak etmək üçün şərtlər:
Namizədlər aşağıdakı meyarlara cavab verməlidirlər:
- Namizəd şirkətin ideya müəllifi və əsas maliyyə investoru olmalıdır (ailə biznesini davam etdirən şəxslər müsabiqədə iştirak edə bilməzlər);
- Namizədin şirkətdəki payı ən azı 20% təşkil etməlidir;
- Son iki ildə şirkətin dövriyyəsi ən azı bir maliyyə ili üzrə 300,000 AZN – 30 milyon AZN aralığında olmalıdır;
- Şirkət ən azı iki il fəaliyyət göstərməlidir;
- Şirkətin ən azı beş rəsmi qeydiyyata alınmış işçisi olmalıdır.
Qiymətləndirmə meyarları:
Namizədlər aşağıdakı əsas göstəricilər üzrə qiymətləndiriləcək:
- Sahibkarlıq ruhu və idarəetmə bacarığı;
- İnnovasiyalar və yenilikçilik;
- Biznesin inkişafı və dəyərin yaradılması;
- Sənayeyə təsirlər və uzunmüddətli inkişafa töhfələrin verilməsi.
Müxtəlif nominasiyalar üzrə qaliblər və milli qalib ölkənin sahibkarlıq arenasında ən önəmli tədbirlərdən birinə çevrilən Qala mərasimində elan olunacaqlar. Milli mərhələnin qalibi 2026-cı ilin iyun ayında Monakoda keçiriləcək “Dünya üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil edəcək.