Xəbərlər
NAZİRLƏR KABİNETİNİN “EZAMİYYƏ XƏRCLƏRİNİN NORMALARI HAQQINDA” QƏRARINDA DƏYİŞİKLİKLƏRİ
Nazirlər Kabineti 4 aprel 2024-cü il tarixində “Ezamiyyə xərclərinin normaları haqqında” qərarda dəyişikliklər etmişdir. Qısaca olaraq bəzi mühüm dəyişiklikləri nəzərinizə çatdırırıq:
- Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125 manata, Naxçıvan şəhərində 100 manata, Gəncə və Sumqayıt şəhərlərində 95 manata, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manata artırılmışdır;
- Yerli ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının mehmanxana xərcləri üçün nəzərdə tutulan 80%-lik hissəsi 70%-ə endirilmişdir;
- Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması artırılmışdır (hər şəhər üzrə yeni normalar müəyyən edilmişdir).
15 Apr, 2024