Xəbərlər
"Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa 22 dekabr 2023-cü il tarixli dəyişiklik edilmişdir (22 yanvar 2024-cü ildə dərc edilmişdir). Dəyişikliyə əsasən aşağıdakı şəxslər mühasibat uçotunu elektron formada aparmalıdırlar:
- iri sahibkarlıq subyektləri və orta sahibkarlıq subyektləri (müəyyən edilmiş mərhələlərlə);
- hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyiciləri;
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etməli olan publik hüquqi şəxslər (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla).
25 Yan, 2024