Xəbərlər
“EKVITA ACADEMY”-DƏN VERGİ QANUNVERİCİLİYİ ÜZRƏ “PEŞƏKAR MÜHASİB SERTİFİKATI” İMTAHANINA İNTENSİV HAZIRLIQ TƏLİMİ!
.png)
Təlimin müddəti: 2 ay
Təlimin başlama tarixi: 20 avqust
Təlimçimiz: Meyxanım Ələkbərova
Dərslərin keçirilmə vaxtı: Bazar günləri saat 10:00 – 14:00-dək (arada çay/kofe fasiləsi)
Təlimin keçiriləcəyi yer: EKVITA, Time Biznes Mərkəzi, 8-ci mərtəbə
Təlimin qiyməti: Fərdi - 500 AZN (ƏDV daxil), Korporativ - 600 AZN (ƏDV-siz)
Təlim proqramına aşağıdakılar daxildir:
- ARVM-də istifadə edilən bəzi əsas anlayışların izahı;
- Vergilərin müəyyən edilməsinin və tutulmasının əsas şərtləri;
- Vergi nəzarəti;
- Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları:
- Vergi öhdəliyinin yerinə yetirilməsinin ümumi əsasları;
- Fiziki şəxslərin gəlir vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Hüquqi şəxslərin mənfəət vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid ümumi qaydalar (praktiki məşğələ);
- Əlavə dəyər vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Aksizlər;
- Əmlak vergisi;
- Torpaq vergisi;
- Yol vergisi;
- Mədən vergisi;
- Sadələşdirilmiş vergi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- İmtahan sualları üzrə Metodiki təlimat;
- DİM-in keçirdiyi formatda 1 ədəd Sınaq imtahanı;
- Sınaq imtahanının nəticələrinin təhlili.
Qeydiyyat linki: https://forms.gle/eafLLgQrwmTav1D76
07 Avq, 2023