Xəbərlər
EKVITA-NIN İŞTİRAKI HƏMÇİNİN “INNOLAND” İNKUBASİYA VƏ AKSELERASİYA MƏRKƏZİNİN VƏ “AZƏR İŞIQ ASC”-NIN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ “ENERGYTECH” HAKATONU KEÇİRİLMİŞDİR.
Aprel ayının 13 və 14də Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “Azərişıq ASC”nin birgə təşkilatçılığı ilə “EnergyTech” hakatonu keçirilmişdir.
Tədbirdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş departamentinin direktoru Fərrux Heybətov, “PAŞA Holding”in İnnovasiyalar üzrə proqram rəhbəri Fərrux Əliyev və digər qonaqlar iştirak ediblər. Tədbirdə Ekvita şirkətinin partnyoru Fərid Baxşıyev tərəfindən bu sahədə “Azərişıq ASC” ilə birlikdə həyata keçirilən layihələr, onların nəticələri, habelə cari ilin 1-ci rübü ərzində Ekvita şirkəti tərəfindən görülmüş işlər barədə geniş məlumat ilə bölüşmüş və iştirakçılara uğur arzu etmişdir.


