Xəbərlər
İNSAN RESURSLARI ÜZRƏ TƏCRÜBƏÇİ AXTARIRIQ

Ekvita “İnsan Resursları üzrə Təcrübəçi” vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
- İnsan Resursları üzrə ARƏM-ə uyğun olaraq bütün növ sənədlərin tərtib edilməsi və icrası (tələb olunan sənədlərin toplanması, işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma və s.);
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi və onun nəzarətdə saxlanılması;
- İşə qəbul barəsində ərizələrin qəbulu, vakansiyalar haqqında elanların verilməsində dəstək verilməsi;
- İşəgötürənin müəyyən etdiyi və ya təyin etdiyi digər əlaqəli gündəlik işlərin yerinə yetirilməsi.
Vəzifə Tələbləri
- İnsan resursları, Psixologiya, İdarəetmə, Hüquq və yaxud oxşar sahələrdə ali təhsil;
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq qabiliyyəti (yazılı və şifahi);
- Effektiv ünsiyyət və təqdimat bacarıqları;
- Dinləmə qabiliyyəti və verilən bütün göstərişləri düzgün yerinə yetirmək;
- Effektiv yazılı və şifahi ünsiyyət bacarıqları - fikirləri qısa, birmənalı və ardıcıl ifadə edə bilmək;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Komanda ilə işləməyi bacarmaq;
- İntizam, punktuallıq və məsuliyyət.
Maraqlı şəxslərdən CV- lərini hr@ekvita.com ünvanına göndərmələri xahiş olunur.
Yalnız mövzu hissəsində (İnsan Resursları üzrə Təcrübəçi) vakansiya adını qeyd etmiş namizədlər nəzərə alınacaq.
17 Fev, 2023