“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun 3-cü rüb üzrə hesabat iclası keçirilib


                                                


Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının təşəbbüsü ilə “Texnologiya və innovasiyalar” İşçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun 3-cü rüb üzrə hesabat xarakterli iclası keçirilmişdir. 27 Oktyabr tarixində 7 saylı ASAN xidmət mərkəzində baş tutan tədbirdə EKVİTA şirkətinin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Elm Fondu, elm və ali təhsil müəssisələrinin nümayəndələri və eyni zamanda ekspertlər iştirak etmişdirlər.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini tərəfindən təsdiqlənmiş “Elmi nəşrlərlə bağlı reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”-də  Ekvita şirkəti 6 tədbir üzrə tərəfdaş kimi müəyyənləşdirilmişdir. Tədbirdə Ekvita şirkətinin partnyoru Fərid Baxşıyev tərəfindən bu sahədə həyata keçirilən layihələr, onların nəticələri, habelə cari ilin 3-cü rübü ərzində Ekvita şirkəti tərəfindən görülmüş işlər barədə geniş məlumat verilmiş və hesabat xarakterli təqdimat hazırlanmışdır.

Tədbirdə həmçinin növbəti rüblər üzrə görülməsi planlaşdırılan işlərin koordinasiya olunması və altqrupda təmsil olunan qurumların fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi razılaşdırıldı.

28 Okt, 2022