EKVİTA həssas təbəqədən olan sahİbkarların İnkİşafına dəstəyİ artırmaq üçün Əlİl Sahİbkarlar Təşkİlatı İctİmaİ Bİrlİyİ İlə qarşılıqlı əməkdaşlığa daİr memorandum İmzalamışdır.

Sentyabrın 19-u EKVİTA şirkəti ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdır. Memorandumun imzalanmasında EKVİTA-nın təsisçisi və direktoru İlqar Mehti, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Vəliyev və digər əməkdaşlar iştirak etmişdir.

 Əməkdaşlıq memorandumun əsas məqsədi “Əlil Sahibkarlar Təşkilatı” İctimai birliyinə üzv olan sahibkarların fəaliyyətinin təşkilinə dəstəyin göstərilməsidir. Memoranduma əsasən EKVİTA “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinə müxtəlif sahələr üzrə konsaltinq xidməti göstərəcəkdir. Bu xidmətlərə aiddir: beynəlxalq təcrübəyə əsasən bacarıqların artırılmasında dəstək, marketinq kampaniyalarının keçirilməsi, tanıtım materiallarının hazırlanması və yayılması, əlil sahibkarlar tərəfindən hüquqi və fiziki şəxslərin yaradılmasında dəstək, yeni yaradılmış hüquqi və fiziki şəxslər üçün maliyyə menecmenti, mühasibat uçotunun aparılması və s.

İctimai Birliyin sədri cənab Mirzə Vəliyev EKVİTA ilə əməkdaşlığı çox yüksək qiymətləndirib və əməkdaşlığın uzun müddətli olmasını xüsusi vurğulayıb. Görüşdən  sonra tərəflər xatirə şəkli çəkdiriblər.

 



21 Sen, 2022