LAYİHƏ KOORDİNATORU

EKVİTA Layihə Koordinatoru vəzifəsinə müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi olan namizəd axtarır.

Vəzifə və Öhdəliklər:

  • Layihələrin planlaşdırılması sessiyalarına rəhbərlik etmək.
  • Layihə üzrə ekspertlərin koordinasiyası.
  • Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq.
  • Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək.
  • İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

    Tələblər:
  1. Bakalavr və ya daha yüksək dərəcə (layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və ictimaiyyətin idarə olunması ixtisaslarına üstünlük verilir)
  2. Azərbaycan dilindən peşəkar səviyyədə istifadə etmək və rəsmi dil normalarına (fonetik normalar, leksik qaydalar, qrammatika) riayət etmək bacarığı
  3. İngilis dilini mükəmməl səviyyədə bilmə və ən azı bir əlavə xarici dildə danışıq qabiliyyəti (rus, alman və s.)
  4. Microsoft Word, Microsoft PowerPoint və Microsoft Excel, Teams, Zoom, Skype proqramlarından peşəkar istifadə etmək bacarığı
  5. Güclü inandırma və təqdim etmə bacarığı
  6. Güclü şifahi və yazılı ünsiyyət bacarığı
  7. Effektiv komandada işləməyi bacarmaq
  8. Vaxtı düzgün və səmərəli planlaşdırmaq və son tarixlərə riayət etmə

Maraqlanan namizədlərdən CV-lərini “Layihə Koordinatoru” başlığı altında hr@ekvita.com ünvanına göndərmələri xahiş olunur.

11 Avq, 2022