EKVİTA ÖLKƏ XARİCİNDƏ DAHA BİR TENDERİN QALİBİ ELAN OLUNDU!

Fərqanə Vadisi Kənd Müəssisələrinin İnkişafı Layihəsi

Ekvita Özbəkistanda Dünya Bankının ayırdığı kredit əsasında həyata keçiriləcək “Fərqanə Vadisi Kənd Müəssisələrinin İnkişafı” layihəsinin tenderində qalib gəlmişdir.

Layihənin əsas məqsədi Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində Fərqanə vadisində sahibkarlığın genişləndirilməsinə və iş yerlərinin yaradılmasına dəstək göstərməkdir.

Ekvita layihə çərçivəsində Fərqanə vadisində inkubasiya və akselerasiya ekosisteminin təşviqinə, eyni zamanda gənc startapçılara sahibkarlıq üzrə mentorluq və lazımi yardımın göstərilməsi ilə yanaşı potensial texnoloji startaplar üçün dəstəkləyici maliyyələşdirmə proqramlarının hazırlanmasında İnnovativ İnkişaf Nazirliyi və digər müvafiq qurumlara dəstək göstərəcəkdir.

Müddəti 36 ay olacaq layihə müvafiq qurumlar ilə birlikdə 100-dən çox startapı hədəf alacaqdır.

07 İyl, 2022