Xəbərlər
“EKVITA ACADEMY-DƏN VERGİ QANUNVERİCİLİYİ ÜZRƏ “PEŞƏKAR MÜHASİB SERTİFİKATI” İMTAHANINA HAZIRLIQ TƏLİMİ!
“EKVITA Academy-dən Vergi qanunvericiliyi üzrə “Peşəkar Mühasib Sertifikatı” imtahanına hazırlıq təlimi!
Təlimçimiz Fariz Yadigarov vergitutma sahəsində 15 ilə yaxın pedaqoji təcrübəyə malikdir. Hal-hazırda EKVİTA şirkətində vergi məsələləri üzrə menecer vəzifəsində çalışır.
Təlimçimiz: Fariz Yadigarov
Təlimin müddəti: 3 ay
Dərslərin keçirilmə vaxtı: Şənbə günləri saat 10:00 – 14:00-dək (arada çay/kofe fasiləsi)
Təlimin keçiriləcəyi yer: EKVITA, Time Biznes Mərkəzi, 8ci mərtəbə
Təlimin aylıq qiyməti: Fərdi - 250 AZN (ƏDV daxil), Korporativ - 300 AZN (ƏDV daxil)
Son qeydiyyat tarixi: 15.07.2022
_____________________________________________________________________________________________________________________________________
Təlim proqramına aşağıdakılar daxildir:
- AR vergi qanunvericiliyi və vergi sistemi barədə ümumi məlumat;
- ARVM-də istifadə edilən əsas anlayışların şərhi;
- Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları və əsas şərtləri;
- Vergi münasibətlərinin iştirakçılarının hüquq və və vəzifələri;
- Vergi nəzarəti;
- Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları:
- Vergi öhdəliyinin yerinə yetirilməsinin ümumi əsasları;
- Fiziki şəxslərin gəlir vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Hüquqi şəxslərin mənfəət vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid ümumi qaydalar (praktiki məşğələ);
- Əlavə dəyər vergisi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- Aksizlər;
- Əmlak vergisi;
- Torpaq vergisi;
- Yol vergisi;
- Mədən vergisi;
- Sadələşdirilmiş vergi (vergi elementləri üzrə təhlil və praktiki məşğələ);
- İmtahan sualları üzrə Metodiki təlimat
Təlimə qatılmaq üçün qeydiyyat linki: https://bit.ly/3NlLChe
Əlaqədar şəxs: Gülablı Leyla
Telefon: 055 203 65 15
E-mail: academy@ekvita.com