AZƏRBAYCAN RESPUBLİKASI VERGİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR


Vergi Məcəlləsinə yeni dəyişiklik edilmiş və bu qanun dəyişikliyi 9 iyun 2022-ci il tarixində dərc edilmişdir.

Qanuna əsasən aşağıdakı dəyişikliklər edilmişdir:

  • Vergi Məcəlləsinə əlavə edilən 102.1.22-2-ci maddəyə əsasən fiziki şəxslər üzrə 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.

  • Faizlərdən mənbədə vergi tutulması yalnız rezident fiziki şəxslərə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə (nəzərdə tutulmuş istisna və güzəştlər nəzərə alınmaqla) münasibətdə 10% vergi tətbiq ediləcəkdir. Bu dəyişiklik 1 yanvar 2022- ci ildən tətbiq edilir.

11 İyn, 2022