Xəbərlər
YAŞAYIŞ VƏ QEYRİ-YAŞAYIŞ SAHƏLƏRİNƏ GÖRƏ ÖDƏNİLMİŞ ƏLAVƏ DƏYƏR VERGİSİNİN QAYTARILMASI
.png)
Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası təsdiqlənmişdir (Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı).
Qısaca olaraq bu Fərman aşağıdakıları müəyyən edir:
- ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30% təşkil edir.
- ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır.
- Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, sahənin tam dəyəri nağdsız ödənildikdən sonra ƏDV (yəni tam ƏDV məbləğinin 30%-i) alıcıya qaytarılır.
- Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış və qeyri-yaşayış sahəsinin 500 m2-dən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 m2-dən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir m2 -nin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 m2 hissə müəyyən edilərkən bir m2 -nin satış qiyməti daha yüksək olan sahə əsas götürülür.
- Nağdsız qaydada ödənilmiş ƏDV müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılır.
Daha ətraflı məlumat və ya hər hansı sualınız olduğunuz təqdirdə bizə müraciət edə bilərsiniz.
01 İyn, 2022