Xəbərlər
EKVİTA ACADEMY-DƏ “ACCA FA (F3)” İMTAHANLARINA HAZIRLIQ ÜZRƏ QRUPLARA QEYDİYYAT BAŞLANDI!

EKVITA Academy- də “ACCA FA (F3)” imtahanlarına hazırlıq üzrə qruplara qeydiyyat başlandı!
Təlimçimiz Xəzər Bəhramov 8 ildən artıq iş təcrübəsi zamanı müxtəlif növ maliyyə, sığorta, istehsal, ticarət və sair müxtəlif növ dövlət və özəl şirkətlərin auditində iştirak etmişdir.
2 ilə yaxın EKVİTA şirkətində çalışan Xəzər Bəhramov hal-hazırda həm xarici həm də yerli müəssisələrin (o cümlədən ictimai əhəmiyyətli qurumlar, tikinti, nəqliyyat, ticarət, kənd təsərrüfatı) mühasibat uçotunun beynəlxalq standartlara transformasiyası, konsolidasiyası və ya beynəlxalq maliyyə uçotu standartlarına uyğun auditinin keçirilməsinə rəhbərlik edib. Xəzər Bəhramovun seminarlar keçirilməsində 4 illik təcrübəsi vardır. Azərbaycan Dövlət Neft və Sənaye və Azərbaycan Dövlət İqtisad Universitetlərinin (UNEC) məzunudur.
___________________________________________________________________________________________________________________________________
Dərslər keçirilmə vaxtı (iştirakçıların seçimindən asılı olaraq):
Həftədə 1 dəfə olmaqla: Şənbə günləri saat 10:00 – 14:00-dək (arada çay fasiləsi); və ya
Həftədə 2 dəfə olmaqla: Şənbə günləri saat 10:00 – 12:00-dək və Çərşənbə günləri saat 18:00 – 20:00- dək. və ya
Həftədə 2 dəfə olmaqla: birinci günlər saat 16:00 – 18:00-dək və Çərşənbə günləri saat 16:00 – 18:00- dək.
Təlimlər əyani formada Time Biznes Mərkəzi, 8ci mərtəbə - EKVITA Academy-də tədris olunacaq.
Təlimlər təxminən 4 iyun 2022- ci il tarixindən (qrupların hazır olmasından asılı olaraq) başlamaqla 3 ay müddəti əhatə edir. (təxminən 60 saat)
Son qeydiyyat tarixi: 2 iyun 2022-ci il
Qısa Təlim proqramı:
- Maliyyə uçotunun məqsədi və ikili yazılış sistemi;
- Maliyyəyə hesabatlarında əks olunan informasiyaların xüsusiyyəti və izahı;
- Sadə maliyyə hesabatlarının tərtib edilməsi;
- Konsolidasiya olunmuş (icmal) maliyyə hesabatları haqqında məlumat, onların hazırlanması və sair mövzuları əhatə edir.
Təlimin qiyməti:
Fərdi - 350 AZN (birdəfəlik ödəniş),
Fərdi - 390 AZN (aylıq hissə- hissə ödənildikdə),
Korporativ - 450 AZN (Qiymətlərə ƏDV daxildir)
Əlavə məlumat:
Ən son tədris materialları təqdim olunacaq;
Hər ayın sonunda sınaq imtahanları nəzərdə tutulub;
Fasilə zamanı Academiyamızın internet/ su/ çay/ kofe imkanlarından istifadə etmək olar;
Ingilis dilli terminlər/ konsepsiyaların Azərbaycan dilində izahı veriləcək;
Təlim materialları ingilis dilində olduğundan ən az “Intermediate” ingilis dili səviyyəsi olması tövsiyə olunur.
Qeydiyyat linki: https://bit.ly/3yVFNDN
Ətraflı məlumat üçün (055) 203 65 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.