Xəbərlər, İyul 2019

Hüquqi akt: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 1632-VQD nömrəli Qanunu (“Qanun”)

Qəbul edən orqan: Milli Məclis

Qəbul edilmə tarixi: 09 iyul 2019-cu il

Qüvvəyə minmə tarixi:  1 yanvar 2020-ci il

Qeyd olunan Qanunla, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa “Kommersiya məhkəmələri“ adlı yeni VIII-I fəsil əlavə edilmişdir. Bələ ki, Qanuna əsasən, yaradılacaq kommersiya məhkəmələri:

  • birinci instansiya məhkəmələri kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır;
  • məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir;
  • Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir;
  • sədrdən və hakimlərdən ibarətdir; tərkibində 12 və daha çox hakim olduqda sədr müavini vəzifəsi təsis edilir.

Əlavə olaraq, “İnzibati-iqtisadi məhkəmələr” fəslinin və müvafiq maddələrinin adından “İqtisadi” sözü çıxarılıb. Bununla da, Azərbaycanda mövcud olan  inzibati-iqtisadi məhkəmələrinin hamısı “inzibati məhkəmə” adlandırılacaq.

Hüquqi akt: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 1623-VQD nömrəli Qanunu (“Qanun”)

Qəbul edən orqan: Milli Məclis                                                                                                              

Qəbul edilmə tarixi: 27 iyun 2019-cu il

Qüvvəyə minmə tarixi:  24 iyul 2019-cu il

Qanuna əsasən dəyişikliklər aşağıdakılardır:

  • Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldikləri vaxtdan 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, yenidən qeydiyyatdan keçməlidir. Dəyişikliklərə əsasən, bu cür yenidən qeydiyyat şəxsin yeni olduğu  yerə gəldiyi vaxtdan 5 iş günü ərzində həyata keçirilməlidir;
  • Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, artıq həmin əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin də Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması üçün əsas hesab edilir;
  • Əcnəbi Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduğuna və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti (daimi) yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsi almaq üçün müraciət edərkən, yaxın qohumluq münasibətində olduğu Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti (daimi) yaşayan ailə üzvünün notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsini təqdim etməlidir.
  • Aşağıdakı yeni hallar Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas hesab edilir:

İnsan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;

Cinayət təqibi orqanlarına yardım göstərdikdə;

Müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən işə cəlb edildikdə;

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçu və mütəxəssis olduqda;

Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşı olduqda;

Dənizçi olduqda;

Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyəti və mühazirəçi olduqda;

İncəsənət işçisi, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçi və idmançı olduqda;

Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxs olduqda.

  • Daimi yaşamaq üçün icazənin alınması ilə bağlı Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırmış şəxslərdən isə özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaitin olması barədə sənəd tələb olunmayacaq.

Hüquqi akt: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 1624-VQD nömrəli Qanunu (“Qanun”)

Qəbul edən orqan: Milli Məclis                                                                                                               

Qəbul edilmə tarixi: 27 iyun 2019-cu il

Qüvvəyə minmə tarixi:  1 iyul 2019-cu il

Qanunla edilmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, eləcə də iş icazələrin verilməsi üçün dövlət rüsumları artıq aşağıdakı kimidir:

 

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə tələb olunan dövlət rüsumunun məbləğləri

Etibarlılıq müddəti

15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək 

40 manat

30 manat

6 ayadək

80 manat

60 manat

1 ilədək

160 manat

120 manat

1 il 6 ayadək

240 manat

180 manat

2 ilədək 

320 manat

240 manat

2 il 6 ayadək

400 manat

300 manat

3 ilədək

480 manat

360 manat

 

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə tələb olunan dövlət rüsumunun məbləğləri

Etibarlılıq müddəti

15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək 

25 manat

15 manat

6 ayadək

50 manat

30 manat

1 ilədək

100 manat

60 manat

1 il 6 ayadək

150 manat

90 manat

2 ilədək 

200 manat

120 manat

2 il 6 ayadək

250 manat

150 manat

3 ilədək

300 manat

180 manat

 

Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə tələb olunan dövlət rüsumunun məbləğləri

Etibarlılıq müddəti

15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

1 illik

60 manat

40 manat

2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda)

120 manat

80 manat

 

Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə tələb olunan dövlət rüsumunun məbləğləri

Müraciətə baxılma müddəti

Yetkinlik yaşına çatmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün

Yetkinlik yaşına çatmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün

35 gün

450 manat

300 manat

40 gün

400 manat

250 manat

50 gün

350 manat

200 manat

60 gün

300 manat

150 manat

 

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə tələb olunan dövlət rüsumunun məbləğləri

Etibarlılıq müddəti

1 iş günü müddətində verildikdə

3 iş günü müddətində verildikdə

30 günədək

50 manat

30 manat

60 günədək

100 manat

60 manat

 

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə tələb olunan dövlət rüsumunun məbləğləri

Etibarlılıq müddəti

1 iş günü müddətində verildikdə

3 iş günü müddətində verildikdə

30 günədək

30 manat

15 manat

60 günədək

60 manat

30 manat

 

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə tələb olunan dövlət rüsumunun məbləğləri

Etibarlılıq müddəti

10 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

 

15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək 

700 manat

500 manat

350 manat

6 ayadək

900 manat

700 manat

600 manat

1 ilədək

1400 manat

1200 manat

1000 manat

Hüquqi akt: “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1633-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

Qəbul edən orqan: Milli Məclis                                                                                                              

Qəbul edilmə tarixi: 09 iyul 2019-cu il

Qüvvəyə minmə tarixi:  1 yanvar 2020-ci il

Qanuna əsasən, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyətinə dair mübahisələr üzrə qərarlarından verilən şikayətlərə:

  • artıq birbaşa Ali Məhkəmədə baxılacaq;
  • mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində baxılacaq;
  • məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılacaq.

Hüquqi akt: “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 1587-VQ nömrəli Qanunu (“Qanun”)

Qəbul edən orqan: Milli Məclis

Qəbul edilmə tarixi: 17 may 2019-cu il

Qüvvəyə minmə tarixi:  14 oktyabr 2019-cu il

Qanuna əsasən, standartlaşdırma - standartlaşdırma obyektlərinin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş, kütləvi və təkrar istifadə üçün nəzərdə tutulan normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqi prosesindən ibarət fəaliyyətdir.

Hazırkı Qanun təhsil, milli mühasibat uçotu, dövlətin təhlükəsizliyi və müdafiəsi ilə bağlı standartlar istisna olmaqla, standartlaşdırma sahəsində fəaliyyət göstərən bütün dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə şamil olunur.

Standartlaşdırmanın əsas məqsədlərindən biri də standartların könüllü xarakter daşımasıdır.

Bu Qanuna uyğun olaraq, standartlaşdırma sahəsində normativ sənədlərə aşağıdakılar aiddir:

  • dövlət standartları, o cümlədən ilkin dövlət standartları;
  • beynəlxalq və regional, dövlətlərarası, eləcə də xarici dövlətlərin standartları;
  • texniki şərtlər.

Qeyd: texniki şərtlər – mala (işə, xidmətə), onunla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəddir.

Hüquqi akt: “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” 768 nömrəli Fərman (“Fərman”)

Qəbul edən orqan: Azərbaycan Respublikasının Prezidenti                                                                                                             

Qəbul edilmə tarixi: 2 iyul 2019-cu il

Qüvvəyə minmə tarixi:  3 iyul 2019-cu il

Qeyd edilən Fərmanla, xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramların AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əlaqəli şəkildə həyata keçirilməyi qərara alınır.

Hüquqi akt: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” 775 nömrəli Fərman (“Fərman”)

Qəbul edən orqan: Azərbaycan Respublikasının Prezidenti

Qəbul edilmə tarixi: 4 iyul 2019-cu il

Qüvvəyə minmə tarixi:  5 iyul 2019-cu il

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır:

  • Publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın (Observatoriya) yaradılması;
  • Observatoriyanın nizamnaməsinin və nizamnamə fondunun miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi;
  • Observotoriyanın strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi.

 

05 Sen, 2019