Xəbərlər
EKVİTA-NIN TƏŞKİLATÇILIĞI İLƏ “VERGİ MƏCƏLLƏSİNƏ EDİLMİŞ DƏYİŞİKLİKLƏR” MÖVZUSUNDA SEMİNAR
EKVİTA-nın təşkilatçılığı və Dövlət Vergi Xidmətinin səlahiyyətli nümayəndəsinin iştiraki ilə “Vergi Məcəlləsində Edilmiş Dəyişikliklər – Gözlənilən Nəticələr” mövzusunda seminar keçiriləcəkdir.
Seminarın keçirilməsində əsas məqsəd Azərbaycanın Respublikasının Vergi Məcəlləsində cari il üçün edilmiş dəyişiklərin təqdimatı və bu dəyişikliklərlə əlaqədar olaraq sahibkarlar qarşısında duran vəzifələrin müzakirəsidir.
Təlimçilərimiz 20 ilə yaxın təcrübəsi olan EKVİTA-nın Partnyoru Müşfiq Əliyev və vergitutma sahəsində 15 ilə yaxın təcrübəyə sahib şirkətin Vergi Məsələləri Üzrə Meneceri Fariz Yadigarovdur.
Qeyd edək ki, JW Marriott Absheron hoteldə keçiriləcək seminarda iştirak ödənişsizdir!
Qeydiyyat üçün link: https://forms.gle/a3cwLMiQgPwBfdGr9
Son qeydiyyat tarixi: 14 Fevral