EKVİTA "AIESEC" TƏŞKİLATININ AZƏRBAYCAN ÜZRƏ İDARƏ HEYƏTİNİ QƏBUL EDİB

EKVİTA AIESEC Beynəlxalq Gənclər Təşkilatının Azərbaycan üzrə idarə heyətini qəbul edib.

Görüş zamanı EKVİTA-nın gənclərə karyera inkişafında verdiyi dəstək xüsusi qeyd olunub. “Son bir il ərzində şirkətimizə qoşulan işçilərin 84%-i gənclərdir və ümumi komandanın 60%-dən çoxu gənclərdən təşkil olunub” deyə şirkətin təsisçisi və direktoru İlqar Mehti bildirib.

Qeyd edək ki, “Youth Speak Forum”-un qaliblərindən ADU məzunu Kamilla Məmmədova formun əsas partnyoru olan EKVİTA tərəfindən mükafatlandırılıb.






27 Dek, 2021