Xəbərlər
EKVİTA-NIN MÜŞTƏRİSİ "Agro Dairy" KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ "ISO 37001" SERTİFİKATINI ALAN İLK AZƏRBAYCAN ŞİRKƏTİ OLDU!

“EKVİTA” şirkətinin dəstəyi ilə Azərbaycanda ilk dəfə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən lider şirkətlərdən biri “Agro Dairy” MMC ISO 37001 Rüşvət Əleyhinə İdarəetmə Sistemləri üzrə sertifikat alıb.
Belə ki, Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biri olan “Agro Dairy” 2020-ci ildə “EKVİTA” şirkəti ilə müqavilə bağlayaraq onu ISO 37001 sisteminin qurulmasına cəlb edib. “EKVİTA” taməhatəli konsaltinq şirkəti olaraq, “Agro Dairy”dəki layihədə müəssisənin rüşvətxorluq əleyhinə idarəetmə sisteminin müvəffəqiyyətlə sıfırdan qurulmasını təmin etmiş, idarəetmə sisteminin təməlini təşkil edən boşluqların müəyyən edilməsi, risk əsaslı yanaşmanın tətbiqi, prosedurlar bazanın yaradılması və təkmilləşdirilməsi, kommunikasiya, təlim və daxili yoxlamanı özündə ehtiva edən irimiqyaslı işlər icra etmişdir.
Daha sonra “Agro Dairy” Amerikanın Milli Akkreditasiya Şurası (ANSİ/National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin “Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri” şirkətini müstəqil audit üçün cəlb etdi. Nəticədə, “EKVİTA” şirkətinin qurduğu sistem müstəqil auditor tərəfindən yoxlanılaraq sertifikatlaşmadan uğurla keçdi və ISO tələblərinə əsasən “Agro Dairy” İSO 37001 Rüşvət Əleyhinə İdarəetmə Sistemləri üzrə Beynəlxalq Sertifikat əldə etdi.